Icma.az
close
up
RU
Babası sürgün olunan, teatrda qarovulçu işləyən Xalq artisti

Babası sürgün olunan, teatrda qarovulçu işləyən Xalq artisti

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün xalq artisti Oqtay Ağayevin anım günüdür.

Kulis.az sənətçi haqqında materialı təqdim edir.

Oqtay Ağayev 7 noyabr 1934-cü ildə Bakıda anadan olub. Atası Cəfər kişi Cənubi Azərbaycanlı, anası Həlimə xanım isə lənkəranlı idi. Valideynləri Bakıda orta məktəbdə oxuyarkən tanış olublar.


***

Universitetin tarix fakültəsinə daxil olmuşdu, ancaq ürəyi incəsənət üçün döyünürdü. Belə də oldu. Universiteti yarımçıq tərk edib Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil oldu. Ağır dövrlər olsa da, müəllim sarıdan bəxti gətirdi. Sofya İvanovna Oqtaya vokalın sirlərini öyrətdi.

***

Uşaqlıqda futbolu çox sevib.


Babası Ədalət partiyasının sədri olub, Ali Sovetdə çalışıb. Mircəfər Bağırov onu da sürgün edib. “Xalq düşməni” adı ilə 18 il Sibirdə sürgün həyatı yaşayıb. Oqtayın atası da Tibb Universitetində oxuduğu illərdə “xalq düşməninin oğlu” damğası ilə kursdan qovulub.


***

Repressiya illərində şəxsin özünü həbs edəndə, ailə üzvlərini də tuturdular. Bütün var-dövlətləri, evləri əllərindən çıxandan sonra ailə babalarının İçərişəhərdəki evində qalıblar.

***


Təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Estrada Orkestrində işləyib. Ora ləğv olunandan sonra 8 il işsiz qalan Oqtay Azərbaycan Dövlət Mahnı Teatrında bir müddət qarovulçu kimi işləyib. Daha sonra qarovulçu işlədiyi yerdə solist olub. Bu işdə ona saksofon ifaçısı Rafiq Seyidzadə kömək edir. Nazirə zəng edib, şikayət edir ki, Oqtay kimi sənətçi qarovulçu çalışır. Bundan sonra teatrda solist yeri açılır.


***


60-cı illərdə Oqtay Ağayevi, demək olar, tanımayan yox idi. Küçədə rahat gəzə bilmirdi. Onu sevən kütlə əhatəyə alıb avtoqraf istəyirmiş. “Camayka” mahnısını sovet dövründə ondan başqa kimsə oxumamışdı. Həmin ifa SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtsevanın çox xoşuna gəlmişdi.

Rəşid Behbudovla dost olublar. Ancaq Moskva səfərinə rəhbərlik edən Rəşid Behbudov “Camayka” mahnısını oxumağı qadağan edib. Oqtay da razı olub. Səhnədə ifalarını yekunlaşdırıb getmək istəyən Oqtayı tamaşaçılar buraxmayıb. “Camayka” mahnısı oxumağını istəyiblər. Maestro Niyazi deyib, oxu. Oqtay da deyib, Rəşid qoymur. Niyazi cavabında “Yekaterina Furtseva ordan baxır, mahnını gözləyir”. Orkestr çalmağa başlayıb, Oqtay da oxuyub. Bundan sonra Rəşid Behbudovla dostluq münasibətləri pozulub.


***

O dövr Kremldə konsert verməyin çox çətin olduğu bir vaxtda Oqtay Ağayev həmin məkanda 11 dəfə konsert verib.

***

Ömründə bir dəfə toya gedib. Kimsə toyda ona qarşı pis hərəkət edib. Bundan sonra heç vaxt toylara getməyib.


***


Evlərinə Müslüm Maqomayev, Polad Bülbüloğlu, Vaqif Mustafazadə kimi nəhəng sənətçilər gəlib.

Oqtay Ağayev qastrol səfərlərinin birində Düşənbədə Nadejda adlı bir qızla tanış olub. Qız kimya fakültəsini bitirib, balerina kimi işləyirdi. 10 gün görüşüb yaxından tanış olublar. Oqtay dostlarına deyib ki, bu qızdan çox xoşu gəlir, onu özüylə Bakıya aparacaq. Nadejda Oqtayı qatarla yola salmağa gələndə dostları deyib ki, Oqtay sənə Bakıdan bir şey alıb. Qız kupeyə girən kimi qapını bağlayıblar. Nadejda etiraz etməyib.


***


Atası rus gəlini qəbul etmirdi. Nadejda bir oğlan dünyaya gətirib. Oqtay oğluna dostu Rəşid Behbudovun adını qoyub. Bundan sonra atası yumşalıb.


***

Oğlu atasından 1 il əvvəl vəfat edib. Rəşidin böyrəyi və ağ ciyəri xəstə idi. O, rəhmətə gedəndə atasının 44 yaşı var idi. Oğlunun ölümü Oqtay Ağayevi sarsıdıb və ürək-damar xəstəliyi daha da artıb.

***

2000-ci ilin yanvarında Heydər Əliyev ona Xalq artisti adı verir. Cəmil 6 il sonra Oqtay Ağayev 2006-cı ilin 13 noyabrında vəfat edib.

Tarı dilə gətirən tarzən - Qurban Pirimov ermənini səhnədən necə uzaqlaşdırmışdı? Efirdə qohum evliliyi - "Space TV"yə xəbərdarlıq edildi Əfsanəvi fransız aktrisa xəstəxanaya yerləşdirildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Noyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri