Icma.az
close
up
RU
Xalq artisti olaola mühafizəçi işləyən Xalq artisti O, balerinanı qatarla necə qaçırmışdı?

Xalq artisti olaola mühafizəçi işləyən Xalq artisti O, balerinanı qatarla necə qaçırmışdı?

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Xalq artisti Oqtay Ağayevin doğum günüdür.

Kulis.az bu münasibətlə Təranə Məhərrəmovanın "Yadındamı, ötən günlər..." yazısını təqdim edir.

Kremldə konsert verməyin çox çətin olduğu bir vaxtda Oqtay Ağayev həmin məkanda 11 dəfə konsert verib.

Ömründə bir dəfə toya gedib. Kimsə toyda ona qarşı pis hərəkət edib. Bundan sonra heç vaxt toylara getməyib.

Düşənbədə Nadejda adlı bir qızla tanış olub. Qız kimya fakültəsini bitirib, balerina kimi işləyirmiş. Oqtay dostlarına deyib ki, bu qızdan çox xoşu gəlir, onu özüylə Bakıya aparacaq. Nadejda Oqtayı qatarla yola salmağa gələndə dostları deyib ki, Oqtay sənə Bakıdan bir şey alıb. Qız kupeyə girən kimi qapını bağlayıblar. Nadejda etiraz etməyib.
Ancaq Atası rus gəlini qəbul etmirdi. Nadejda bir oğlan dünyaya gətirib. Oqtay oğluna dostu Rəşid Behbudovun adını qoyub. Bundan sonra atası yumşalıb.

Oğlu atasından 1 il əvvəl vəfat edib. Rəşidin böyrəyi və ağ ciyəri xəstə idi. O, rəhmətə gedəndə atasının 44 yaşı var idi. Oğlunun ölümü Oqtay Ağayevi sarsıdıb və ürək-damar xəstəliyi daha da artıb.

"O, təkcə Azərbaycan estradasını deyil, həm də bütövlükdə musiqimizi yüksəklərə qaldırmışdı. Onun ifaçılıqda fərdi üslubu vardı..."

Xalq artisti Oqtay Ağayev haqqında həmkarlarının səsləndirdiyi bu fikirlər müğənninin yaradıcılığına olan dinləyici məhəbbəti ilə üst-üstə düşür. Oqtay Ağayevin həzin-həzin, şirin səslə oxuduğu mahnılar hələ də qulaqlarda səslənir. Televiziya və radionun qızıl fondunda saxlanan mahnılar hər dəfə səsləndikcə dinləyiciləri ötən günlərə qaytarır, onlara xoş bir nostalji yaşadır. Sanki insanlara müğənninin bənzərsiz səslə oxuduğu "Yadındamı, ötən günlər” mahnısını pıçıldayır...

200-dən çox mahnı

Oqtay Ağayev Bakıda doğulub. Babası Ədalət Partiyasının sədri olub. 1937-ci ildə partiyanın digər üzvləri kimi o da SSRİ-nin Komi bölgəsinə sürgün edilib. Digər "xalq düşmənləri” kimi onun da ailəsinin başına müsibətlər gəlib. Bütün var-dövlətləri, evləri əllərindən çıxandan sonra Bəhram Ağayevin ailəsi babalarının İçərişəhərdəki evində qalmalı olublar.

O.Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyi üçün ağır keçib. Musiqini uşaqlıqdan sevən O.Ağayev 1953-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen özü də müğənnilik edib. 78 yaşlı qadın Oqtaya vokalın sirlərini öyrədib, onun vokalist kimi inkişafı üçün çalışıb.

Hərbi xidmətdən qayıdandan sonra O.Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev konservatoriyada Bülbülün sinfini bitirmişdi və texnikumda dərs deyirdi. O.Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyi ilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub. Müğənni 1962-ci ildə bu orkestrlə Kreml Sarayında çıxış edib. O.Ağayev ümumilikdə Kreml Sarayında 11 konsert verib.

Müğənninin yaradıcılıq yolu 1958-ci ildə "Qaya” kvartetendən keçir. O, həmçinin bir çox xarici ölkələrə qastrola çıxıb və demək olar ki, keçmiş SSRİ-nin bütün ölkələrini gəzib.

O.Ağayevin "O qızı tapın”, "Dağlarda döyüş”, "Şərikli çörək” filmlərində ifa etdiyi mahnılar həmişə yaddaşlardadır. Bu filmlər hər dəfə ekrana gələndə tamaşaçılar onun əvəzolunmaz ifasını yenidən eşidir, səsinin təkrarsızlığını yenidən hiss edirlər. Müğənni, həmçinin Vaqif Mustafayevin "Yapon” və yaponiyalı” filmində milis rəisi rolunda çəkilib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.

Balaca Rəşid

"70-ci illərdə mən Mahnı Teatrının rəhbəri olanda, Oqtay Ağayev də bu teatrın solisti idi" - Xalq artisti Faiq Sucəddinov xatırlayır: "Oqtay Ağayevin özünəməxsus səsi vardı. Səsi bir qədər az idi, amma estrada müğənnisinə geniş səs lazım deyil. Oqtayın böyük zövqü vardı və bu zövqü onun mahnılarını dinlədikcə hiss etmək olur. Mənə elə gəlir ki, onun ifasını heç kimlə qarışdırmaq olmaz". O.Ağayevin həmkarları arasında "Sərçə" ləqəbi ilə tanındığını deyən F.Sucəddinov danışır ki, müğənnini, həmçinin, "balaca Rəşid" adlandırıblar: "Bu adı ona bənzərsiz ifasına görə vermişdilər. Oqtayın, həmçinin yaxşı yumor hissi vardı. İnsanlarla münasibəti də yüksək səviyyədə qurmağı bacarırdı". F.Sucəddinov Oqtay Ağayevlə bağlı unutmadığı bir xatirəni də danışır: "Moskvada Azərbaycan mədəniyyət ongünlüyü keçirilirdi. "Sizdə Rəşid Behbudov var. O əsil bülbüldür" - moskvalılar söyləyirdi. Biz də "Bülbülün yerinə "Sərçə" gətirmişik" dedik. Oqtay həmin konsertdə, doğrudan, elə bir ifa nümayiş etdirdi ki, aramsız alqışlarla qarşılandı. Onun zəngin repertuarı vardı. Oqtay həm xarici, həm Azərbaycan, həm də sovet bəstəkarlarının mahnılarını böyük məharətlə oxuyurdu. Rus dilini yaxşı bildiyi üçün rus dilində mahnıları gözəl səslənirdi. Ona görə də SSRİ-nin bütün ölkələrində onu tanıyır və sevirdilər. Rəşid Behbudovun xatirəsinə hörmət olaraq oğlunun adını da Rəşid qoymuşdu. Oqtay Ağayev ömrünün sonuna qədər oxudu. Çünki o, səhnəni sevirdi".

Səsin faciəvi sonluğu

Xalq artisti Flora Kərimova da həmkarı haqqında xatirələrinə Moskvanın Sütunlu salonunda keçirilən Azərbaycan mədəniyyət günlərindən başladı: "O vaxt Azərbaycan incəsənətinin vaxtaşırı hesabat konsertləri keçirilirdi. Bütün respublikalar üzrə bu cür konsertlər təşkil olunurdu. Azərbaycan incəsənəti də özünün ən üzdə olan, səsi qəbul edilən müğənniləri ilə həmin konsertdə təmsil olunurdu. Təbii ki, bu sırada Rəşid Behbudov kimi müğənnilər vardı. Oqtay Ağayev də həmin konsertdə iştirak etdi. O, Rəşid Behbudov kimi böyük sənətkarın qarşısında səhnəyə çıxmağa utanırdı. Amma onu məcbur etdilər, o da səhnəyə çıxdı. Oqtay "Camayka" mahnısını oxudu. Təxminən 8-9 yaşlı uşağın ifası hamını heyran etdi. Onun ifasından sonra tamaşaçılar dayanmadan alqışladılar. Oqtay məcbur olub ikinci dəfə səhnəyə qayıtdı və eyni mahnını ifa etdi. Yenə də eyni alqışlarla qarşılandı. Tamaşaçılar onu səhnədən buraxmaq istəmirdilər. O dövrdə Oqtayın bütün konsertləri belə anşlaqla keçirdi".

F.Kərimova danışır ki, elə o vaxt da Oqtay Ağayevin "Qaytar eşqimi", "Ötən günlər" kimi mahnıları dillər əzbəri olub. Müğənninin repertuarını dinləyicilərin sevdiyi, hər zaman eşitmək istədiyi mahnılar bəzəyib: "O zaman estrada musiqisi Azərbaycanda ən yüksək zirvəsinə çatmışdı. Azərbaycanlı ifaçılarının mahnıları ilə bərabər ifa etdikləri saksofon, truba və s. alətlər də ittifaq ölkələrinin dinləyiciləri tərəfindən rəğbətlə qarşılanırdı. Bizim ifaçılarımızı təkcə SSRİ-də deyil, onun sərhədlərindən kənarda da tanıyırdılar. Oqtay Ağayev də onlardan biri idi”. F.Kərimova deyir ki, Oqtay Ağayev kimi ifaçıların yoxluğu ilə ifaçılıq mədəniyyəti, estrada ifaçılığı xeyli cılızlaşıb: "Muğamdan başqa heç bir janrda o səviyyəni qoruyub saxlaya bilmədik. Təkcə muğam öz sütununu qoruyub saxladı. Təəssüf ki, estrada bunu edə bilmədi. Bu sahənin təmsilçiləri bir növ pul ovuna çıxdılar. Nəticədə sənət yaddan çıxdı, musiqi haqqında heç kim düşünmədi. Ancaq Oqtay Ağayev kimi sənətkarlar sənəti qoruyub saxlayırdı. Onlar üçün sənət müqəddəs idi”.

F.Kərimova ömrünün son illərində O.Ağayevin çətin sosial durumda yaşadığını kədərlə xatırlayır: "Oqtay məcbur olub Aktyorlar evində mühafizəçi işləyirdi. Düzü, mən onu görəndə utanırdım. O bu vəzifədə işləyərkən də dünyasını dəyişdi. Bu, onun səsinin faciəvi sonluğu oldu...”

"Qoy konsertin sonunda oxusun"

Oqtay Ağayevlə Filarmoniyada işlədiyi illəri yada salan caz ifaçısı Cavan Zeynallı konsert fasilələri zamanı ifaçıların bir yerə yığışdığı bufetdə bütün tanınmış müğənniləri gördüyünü deyir: "Müğənnilər bir yerə yığışır, söhbət edir, çay içir, zarafatlaşır və gülürdülər. Oqtay Ağayev də onların arasında olurdu. Çox arıq olduğu üçün ona "Sərçə” deyib zarafatlaşırdılar: "Bir saatdan sonra möhkəm külək olacaq, evə get, yoxsa külək səni aparar” deyəndə, özü də zarafatdan incimirdi. O, məclislərdə həmişə sakit oturur və qulaq asırdı. Bəzən də elə bir söz deyirdi ki, hamı gülməyə başlayırdı. Onun maraqlı zarafatları vardı”. Oqtay Ağayevin özünəməxsus ifası olduğunu deyən C.Zeynallı onun ifasının şirinliyini, ürəyəyatımlılığını qeyd edir: "Oqtay çox şirin oxuyurdu. Tamaşaçılar onu sevirdilər. Təsəvvür edin, hər dəfə səhnəyə çıxanda, qaça-qaça mikrofona yaxınlaşırdı və oxumağa başlayırdı. Bu, onun tərzi idi. Onun səhnədəki hisslərindən, hərəkətlərindən, mimikasından biz zövq alırdıq. Hər dəfə də ifasından sonra gurultulu alqışlar səslənirdi. Biz birlikdə bir neçə dəfə konsert vermişik və həmişə onun ifasına olan böyük sevginin şahidi olmuşam..."

C.Zeynallı Oqtay Ağayevin əvvəllər "Qaya" ansamblında çalışdığını da yada salır: "60-cı illərdə Oqtay "Qaya"da da oxuyurdu. Ancaq o, sonradan solo ifa ilə məşğul olmaq istədi. Ona görə də ansambldan ayrıldı. Bütün ansambllar da onu dəvət edirdi. O, bir müddət televiziya və radionun orkestrində çalışdı”.
1967-ci ildə Moskvada keçirilən Azərbaycan ongünlüyü C.Zeynallının da xatirindədir: "Konsert proqramındakı ifaları izləyəndən sonra SSRİ mədəniyyət naziri "Qoy Oqtay Ağayev konsertin sonunda oxusun" dedi. Bu, əslində bir müğənniyə verilən yüksək qiymət idi. Bu, əsl təntənə idi. Çünki o zaman konsertlərin sonunda ən tanınmış müğənnilər oxuyurdu. Müslüm Maqomayev, Rəşid Behbudov kimi müğənnilər konsertlərə yekun vururdular. Oqtay Ağayev də sonda oxuyacağını eşidib çox sevindi. O, qastrollara çox gedirdi və ifası bütün SSRİ-də sevilirdi".

C.Zeynallı danışır ki, o zaman Oqtay Ağayevi təqlid edən, ifasını ona oxşatmağa çalışan çoxlu gənclər vardı: "Onlar öz mahnılarını oxuyanda Oqtaya oxşamağa çalışırdılar. Ancaq onların heç birisi Oqtay Ağayev olmadı. Çünki Oqtay Ağayev öz sənəti ilə estradada fərqli bir cığır açmışdı. Bu yolla yalnız o özü gedə bilirdi. O, özünü heç kimə oxşatmırdı, öz yolu vardı. Sənətdə özünü tapmaq çətin işdir. Oqtay Ağayev təkcə estradada deyil, ümumən Azərbaycan musiqisində özünü tapmışdı. O, sənətdəki sanbalını qoruyub saxlayırdı".

Ürək-damar xəstəliyindən əziyyət çəkən Oqtay Ağayev 2006-cı il noyabrın 14-də vəfat edib (noyabrın 7-si isə müğənninin doğum günüdür). Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında vida mərasimi keçiriləndən sonra Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Dinləyicilərə qalan isə müğənninin təkrarsız səslə oxuduğu mahnılardır. Daim qulağımızda səslənən şirin və həzin mahnılar...

Natəvan Dəmirçioğlu: "Mən mütləq Qarabağ düyününü açmalı idim" - Müsahibə Məşhur serialda Azərbaycan mahnısı səsləndirildi Billi Ayliş "Mister və missis Smit"də rol ala bilər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Noyabr 2024 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see284

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri