Icma.az
close
up
RU
Babel Talişka və Osimhen haqda nə dedi?

Babel Talişka və Osimhen haqda nə dedi?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Yaxın keçmişin tanınmış ulduzlarından olan və bugünlərdə karyerasını bitirdiyini açıqlayan Rayan Babel “A Spor” kanalına açıqlamalar verib.

38 yaşlı Babel Türkiyədə “Kasımpaşa”, “Beşiktaş”, “Qalatasaray” və sonuncu dəfə 2022/23-də “Eyüpspor”da forma geyib. 2016/17-da “Beşiktaş”la çempion olmuş niderlandlı futbolçu “Fənərbaxça”nın gündəmində yer alan sabiq komanda yoldaşı Talişkadan tutmuş Osimhenin gələcəyinə qədər bir çox mövzuya toxunub:

“Talişka 5-6 ildi Səudiyyə Ərəbistanındadı. “Beşiktaş”da istedadının şahidi olmuşduq. Futbolu izləyən bir şəxs kimi onun Avropada olmasını istərdim. Amma özünə belə yol seçdi və qərarına hörmətlə yanaşmalıyıq. Yenə də “Fənər”ə gəlsə, faydalı olacağını düşünürəm. “Qalatasaray” son illərdə çox inamlı görünür, inkişaf etməkdədi. “Beşiktaş” son çempionluğun ardından bir qədər sıxıntılı dönəmə girdi. Komanda indi yenidən özünəinamı bərpa etməyə çalışır. Van Bronkhorst yaxşı seçimdi. “Beşiktaş”lılar dişlərini sıxıb bir qədər səbrli olmalıdılar. Gözəl şeylərə nail olmaq üçün səbr çox önəmlidi. Mövsüm davam edir və qışda heyəti gücləndirəcəklərini düşünürəm. Komandanın qət edəcəyi hələ çox yol var. Van Bronkhorsta mütləq zaman verilməlidi. Osimhen əla futbolçudu, inanılmaz istedada malikdi. Türkiyə belə bir futbolçuya sahib olduğu üçün sevinməlidi. Türkiyə Osimhen üçün karyerasının sonrakı mərhələsini inşa etmək baxımından çox yaxşı bir platformadı. Amma yavaş-yavaş gələcəyi ilə bağlı qərar verməlidi. “Qalatasaray”da qalacağını, yoxsa başqa kluba gedəcəyini özü üçün müəyyənləşdirməlidi. Mertensin “Qalatasaray”dakı performansını bəyənirəm. Düzdü, Türkiyəyə gəlişindən sonra ilk vaxtlar onu tənqid etmişdim. Bizim Falkao ilə birlikdə oynadığımız dönəmdə “Qalatasaray” gənc oyunçulara üstünlük verməyə başlamışdı. Amma vaxt ötdükcə yaşlı futbolçulara yönəldilər. Hər halda, “Qalatasaray” çempion olursa, deməli, verilən qərarlar doğrudu”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Dekabr 2024 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri