Icma.az
close
up
RU
Talişka qaçırdığı penalti haqda nə dedi? Heç kimdən gizlənmirəm

Talişka qaçırdığı penalti haqda nə dedi? Heç kimdən gizlənmirəm

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

''Qalatasaray''ın ''Fənərbaxça''nı 3:0 darmadağın etdiyi derbiyə damğa vuran olaylardan biri də Anderson Talişkanın penaltini qaçırması oldu.

"Football-plus.az" xəbər verir ki, braziliyalı futbolçu 13-cü dəqiqədə hesab 0:0 olarkən topun başına keçsə də, ''çərçivə''yə düşə bilmədi. Bu, ''sambaçı''nın mövsümdə qaçırdığı 3-cü penalti oldu. Təbii ki, təcrübəli futbolçu oyundan sonra fanatların ciddi qəzəbinə tuş gəldi.
Bu arada Talişka oyunun üzərindən 2 gün keçdikdən sonra penalti ilə bağlı öz səhifəsində paylaşım edib. Rəsmi ''iks'' (tvitter) səhifəsindən bir yazılı açıqlama paylaşan Talişka bunları qeyd edib:

''Penaltini vuran mənəm. Məsuliyyət mənim üzərimdədi. Belə anlarda həqiqi komanda yoldaşlarının kim olduğunu görürsən. Penalti vurmağı heç kim mənə söyləmədi. Çünki penalti vuran mənəm. Bu məsuliyyəti üzərimə götürdüm. Çünki bu mənim işimdi. Derbidə qolu vursaydım, ən yaxşı futbolçu olacaqdım. Daha öncə dəfələrlə olduğu kimi. Amma penalti qaçırmaq da futbolun bir parçasıdı. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Necə futbolçu olduğunu bilirəm. Buna görə də bu formanı geyirəm. Fərqli mövqelərdə oynayıram. Sağ cinah, ''9'' nömrə, ''8'' nömrə, ''10'' nömrə və bunu qürurla edirəm. Yeganə hədəfim bu klubu çempion etməkdi. Heç bir şeydən və heç kimdən gizlənmirəm''.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Aprel 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri