Icma.az
close
up
RU
“Bacım oğluna deyərsən ki, dayın qəhrəmandır...”

“Bacım oğluna deyərsən ki, dayın qəhrəmandır...”

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Tovuz, 7 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Otuz 30 il işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda başlayan Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biri də Elmar Cəbrayıl oğlu Şirinovdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elmar 2002-ci il martın 9-da Tovuz rayonunun Xatınlı kəndində dünyaya gəlib. O, uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayıb. 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan E.Şirinov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Murovdağ, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlığı ilə fərqlənib. Son döyüşü isə Şuşa uğrunda olub.

Elmar altı aylıq olanda atasız qalıb. Hələ orta məktəb illərindən anasına, bacısına kömək edib. Yaşı az olsa da, çoxlu dost qazanan Elmar hətta, özündən böyük insanlarla da dostluq edib. Zəhmətkeşliyi ilə seçilib. Anası Amana Nəsirova deyir ki, oğlu hərbi xidmətdə olduğu zaman Tovuz döyüşlərində Polad Həşimovun və digər hərbçilərimizin şəhid olması xəbəri ona pis təsir etmişdi. Hər telefon danışığında “Ana mən şəhidlərimizin qisasını alacağam”, - deyərdi.

Ailəsi 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Elmarın döyüşlərdə iştirak etməsindən xəbərsiz olub. O, bu barədə yalnız bir müddət sonra ailəsinə xəbər verib, torpaqlarımızın bir hissəsinin azad olunduğunu söyləyib. “Böyük Qələbəmizə az qalıb. Narahat olma, ola bilsin, 4-5 gün sənə zəng vurmayım”, - deyə anasına bildirib.

Elmarın şəhid olması xəbərini anası Şuşanın azad olunmasından sonra eşidin. “Şəhadətindən sonra onun haqqında xoş xatirələr eşitdim. Onun son döyüşdüyü, şəhid olduğu yer İsa bulağının 500 metr yaxınlığında, meşədə olub. 18 yaşında şəhadətə yüksəldi. Onun şəhidliyi ilə qürur duyuram. Fəxr edirəm ki, Elmar kimi oğul böyütmüşəm. Elmar hərbi xidmətə gedəndə bacısı oğluna deyib ki, “anamı, bacımı sənə əmanət edirəm, ay Turqut”. Sonuncu dəfə mənimlə telefonla danışanda dedi ki, “Turqutu gətir yanında saxla və ona həmişə deyərsən ki, dayın qəhrəmandır...”. Elə dediyi kimi də oldu”.

Şəhid Elmar Şirinov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şücaətə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri