Icma.az
close
up
RU
“Bacım oğluna deyərsən ki, dayın qəhrəmandır...” FOTO

“Bacım oğluna deyərsən ki, dayın qəhrəmandır...” FOTO

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Otuz il işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda başlayan Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biri də Elmar Cəbrayıl oğlu Şirinovdur.

Ölkə.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Elmar 2002-ci il martın 9-da Tovuz rayonunun Xatınlı kəndində dünyaya gəlib. O, uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayıb. 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan E.Şirinov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Murovdağ, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlığı ilə fərqlənib. Son döyüşü isə Şuşa uğrunda olub.

Elmar altı aylıq olanda atasız qalıb. Hələ orta məktəb illərindən anasına, bacısına kömək edib. Yaşı az olsa da, çoxlu dost qazanan Elmar hətta, özündən böyük insanlarla da dostluq edib. Zəhmətkeşliyi ilə seçilib. Anası Amana Nəsirova deyir ki, oğlu hərbi xidmətdə olduğu zaman Tovuz döyüşlərində Polad Həşimovun və digər hərbçilərimizin şəhid olması xəbəri ona pis təsir etmişdi. Hər telefon danışığında “Ana mən şəhidlərimizin qisasını alacağam”, - deyərdi.

Ailəsi 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Elmarın döyüşlərdə iştirak etməsindən xəbərsiz olub. O, bu barədə yalnız bir müddət sonra ailəsinə xəbər verib, torpaqlarımızın bir hissəsinin azad olunduğunu söyləyib. “Böyük Qələbəmizə az qalıb. Narahat olma, ola bilsin, 4-5 gün sənə zəng vurmayım”, - deyə anasına bildirib.

Elmarın şəhid olması xəbərini anası Şuşanın azad olunmasından sonra eşidin. “Şəhadətindən sonra onun haqqında xoş xatirələr eşitdim. Onun son döyüşdüyü, şəhid olduğu yer İsa bulağının 500 metr yaxınlığında, meşədə olub. 18 yaşında şəhadətə yüksəldi. Onun şəhidliyi ilə qürur duyuram. Fəxr edirəm ki, Elmar kimi oğul böyütmüşəm. Elmar hərbi xidmətə gedəndə bacısı oğluna deyib ki, “anamı, bacımı sənə əmanət edirəm, ay Turqut”. Sonuncu dəfə mənimlə telefonla danışanda dedi ki, “Turqutu gətir yanında saxla və ona həmişə deyərsən ki, dayın qəhrəmandır...”. Elə dediyi kimi də oldu”.

Şəhid Elmar Şirinov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şücaətə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Oktyabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri