Bacısına və anasına sevgi mesajı yazan oğlanı görüşə çağıraraq... Məktəbdə qanlı cinayət
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində, 1 nömrəli məktəbin həyətində tanışını bıçaqlayan 2006-cı il təvəllüdlü Elgün Rzayev həbs edilib.
Moderator.az publika.az-a istinadən bildirir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr tarixli hökmü ilə 18 yaşlı oğlan məhkəmə zalında həbs edilib.
Araşdırmalar zamanı məlum olub ki, Elgünün bıçaqladığı 2003-cü il təvəllüdlü Fəqan adlı şəxs onun tanışı olub. Fəqan bir neçə dəfə E. Rzayevin bacısına sevgi mesajı yazıb, hətta onun anasının telefonuna da yazaraq qızından xoşu gəldiyini bildirib.
Bunu öyrənən Elgün Rzayev bu ilin 26 iyun tarixində Fəqanı görüşə çağırıb və onu gecə saat 1 radələrində Şərur şəhərindəki məktəbin həyətinə aparıb. Burada Elgün bıçaq çıxararaq Fəqana 3 zərbə endirib. Sonuncu dalağın və sol böyrəyin zədələnməsi, daxili qanaxma ilə nəticələnən bel nahiyəsinin sol yarısının üç yerdən deşilmiş yaraları, qanitirmə (təxminən 1,5 litr), hemorragik şok diaqnozu ilə xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən onun həyatını xilas etmək mümkün olub.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə E. Rzayev 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 18 yaşlı oğlan məhkəmə zalında həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 29 Noyabr 2024 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















