Qardaş bacısına görə məktəbdə müəllimləri belə döydü
Azpost saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin Adana şəhərində bacısını məktəbdən çıxartmaq istəyərkən ona mane olmağa çalışan 5 müəllimi döyən qardaş 8 il 6 ay 22 gün həbs cəzası alıb.
AzPost Türkiyə mətbuatına istinadla xəbər verir ki, 12 oktyabr 2023-cü ildə Berat Z.mərkəzi Adananın Yüreğir rayonunun Başak qəsəbəsində yerləşən İsmail Sefa Özler orta məktəbində bacısının sinfinə gəlib. Qardaş bacısını oxutmaq istəmədiyi deyərək onu zorla sinifdən çıxarmaq istəyib. Ona mane olmağa çalışan müəllimləri döyüb.
Məhkəmə müttəhimin təhsil və təhsil hüququna maneçilik törətmək, iş yeri toxunulmazlığını pozmaq cinayətləri törətdiyini sübut edib. Türkiyə Cinayət Məcəlləsinin 112, 116 və 265-ci maddələri ilə ittiham olunub. Berat Z. Adana 22-ci Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il 6 ay 22 gün müddətinə azadlıqdan məhrum edilib.
Baxış sayı:121
Bu xəbər 22 Yanvar 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















