Bağça yerlərində rekord artım qeydə alınıb
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
"Ənənəvi dövlət bağçalarında yerlərin sayı optimallaşdırılaraq 107 minə çatdırılıb və bu rəqəmin artırılması istiqamətində işlər davam etdirilir".
Milli.Az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov media üçün brifinqdə deyib.
Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrinin olmadığı ərazilərdə icra olunan icma əsaslı layihələr də genişləndirilir.
Qeyd edib ki, ötən il bu modeldən 20 minə yaxın uşaq faydalandığı halda, cari ildə bu göstəricinin 35 minə çatdırılması planlaşdırılır.
E. Bağırov vurğulayıb ki, 2025-ci ildən tətbiq edilən valideyn-dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində isə özəl bağçalara müraciət edən valideynlər üçün ödənişin yarısı dövlət tərəfindən qarşılanır.
"Bu modeldən artıq 4 mindən çox valideyn yararlanıb və müraciət prosesi hazırda da davam edir".
Mina Mikayılova
Milli.Az
Baxış sayı:154
Bu xəbər 28 Aprel 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















