Icma.az
close
up
RU
Bağçalarda kameraların quraşdırılması bütün problemləri həll etməyəcək AÇIQLAMA

Bağçalarda kameraların quraşdırılması bütün problemləri həll etməyəcək AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Dövlət dəstəyi alan özəl bağçalarda müşahidə kameraları məcburi olacağı məsələsi cəmiyyətdə müxtəlif fikirlər doğursa da, hesab edirəm ki, məsələyə yalnız nəzarət prizmasından deyil, uşaqların təhlükəsizliyi, təhsilin keyfiyyəti və ictimai etimad baxımından yanaşmaq lazımdır".

Bu fikri Redaktor.az-a açıqlamasında Bakı şəhəri Suraxanı rayonu V. Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, məktəb idarəetməsi sahəsində 3 kitabın müəllifi və təlimçi, "Azərbaycan Təhsili" maarifləndirici sosial platformasının rəhbəri Aqşin Kazımov bildirdi.

"Məktəbəqədər təhsil uşağın şəxsiyyətinin formalaşdığı, psixoloji və sosial inkişafının təməl mərhələsidir. Valideyn övladını bağçaya etibar edərkən ilk növbədə onun təhlükəsizliyinə, sağlamlığına və düzgün qayğı göstəriləcəyinə inanmaq istəyir. Son illər bəzi bağçalarda uşaqlara qarşı kobud rəftar, zorakılıq və etik normaların pozulması ilə bağlı yayılan görüntülər göstərdi ki, nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir.

Bu baxımdan müşahidə kameralarının quraşdırılması müsbət addım kimi qiymətləndirilə bilər. Kameralar təkcə neqativ halların aşkar edilməsinə deyil, onların baş verməsinin qarşısının alınmasına da təsir göstərir. İnsan davranışında "müşahidə olunduğunu bilmək" məsuliyyət hissini artıran amillərdən biridir. Bu, həm müəssisə rəhbərləri, həm də əməkdaşlar üçün əlavə peşəkar məsuliyyət yaradır".

Müsahibimizin fikrincə, təkcə kameraların quraşdırılması bütün problemləri həll etməyəcək:

"Kamera hadisəni qeydə ala bilər, amma onu əvvəlcədən tərbiyə etmir. Əgər bağçada peşəkar kadr seçimi düzgün aparılmırsa, əməkdaşlar etik davranış qaydaları üzrə mütəmadi təlim almırlarsa, rəhbərlik daxili nəzarəti lazımi səviyyədə təşkil etmirsə, kamera yalnız baş vermiş hadisənin sübutuna çevriləcək.

Müşahidə kameraları effektiv nəticə verməsi üçün aşağıdakı amillərlə birlikdə tətbiq edilməlidir, peşəkar və şəffaf kadr seçimi, əməkdaşların etik davranış və uşaq hüquqları üzrə davamlı təlimi, müntəzəm daxili monitorinq və qiymətləndirmə, valideynlərlə açıq və etibarlı kommunikasiya, uşaqların hüquqlarının qorunmasına yönəlmiş ciddi idarəetmə sistemi.

Digər vacib məqam isə şəxsi məlumatların qorunmasıdır. Kameralardan istifadə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməli, görüntülərə giriş hüququ yalnız səlahiyyətli şəxslərlə məhdudlaşdırılmalı və uşaqların məxfiliyi tam təmin edilməlidir. Nəzarət təhlükəsizliyi artırmalı, şəxsi həyatın toxunulmazlığını pozmamalıdır".

A.Kazımov hesab edir ki, dövlət maliyyə dəstəyi alan özəl bağçalar üçün belə bir tələbin qoyulması ictimai vəsaitdən istifadədə şəffaflığın və hesabatlılığın artırılmasına da xidmət edir:

"Dövlət dəstəyi alan hər bir müəssisə daha yüksək məsuliyyət və keyfiyyət standartlarına cavab verməlidir. Nəticə etibarilə, müşahidə kameralarının məcburi olması bağçalarda baş verən neqativ halların azalmasına müsbət təsir göstərə bilər. Lakin bunun real nəticə verməsi yalnız kameraların mövcudluğundan deyil, peşəkar idarəetmədən, düzgün kadr siyasətindən, etik dəyərlərin formalaşdırılmasından və effektiv nəzarət mexanizmlərinin qurulmasından asılı olacaq. Təhsil sistemində ən güclü nəzarət vasitəsi kamera deyil, peşəkar rəhbərlik, vicdanlı pedaqoq və sağlam idarəetmə mədəniyyətidir.

Uşaqların təhlükəsizliyi kompromis mövzusu deyil. Bu sahədə atılan hər bir addımın əsas məqsədi cəza vermək yox, təhlükəsiz, etibarlı və keyfiyyətli məktəbəqədər təhsil mühiti yaratmaq olmalıdır".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Avqust 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri