Bağçalardan sonra evlərə də girdi: “Vampir kəpənək” həyatın ritmini pozub
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şərqi Qaradənizdə daha əvvəl bağçalarda yaşıl bitkilərə vurduğu ziyanla gündəmə gələn və bitkilərin şirəsini sorduğu üçün “vampir kəpənək” adlandırılan “Ricania Simulans” adlı zərərverici həşəratlar axşam saatlarında evləri də istila edərək vətəndaşların rahatlığını pozur.
Sherg.az xəbər verir ki, axşam saatlarında işıqlı mühitlərə axışan bu həşəratlar səbəbindən Rizədə yaşayan sakinlər nə balkonlarının işığını yandıra, nə də isti yay günlərində pəncərələrini aça bilirlər.

İşıq olan yerlərə qonub səhərə qədər orada ölən kəpənəklər evdar qadınlar üçün təmizlik zamanı qorxulu yuxuya çevrilib.
Rizənin Pazar rayonunda yaşayan Şenay Yaşar, balkonda vaxt keçirə bilmədiklərini deyib:
“Çox kəpənək var. Təbiət mənzərəsi qarşısında yemək yeyək dedik, şorbamıza, yeməyimizin içinə kəpənək düşdü. Heç vaxt görmədiyim böcəklərlə üz-üzəyik”.
Yaşar problemin həlli üçün tədbir görülməsini istəyib.


