Icma.az
close
up
RU
Bağırsaqda olan qurdların sağlamlığa faydası tapıldı

Bağırsaqda olan qurdların sağlamlığa faydası tapıldı

Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Alimlər qurdların gözlənilməz faydasını açıqlayıblar.

Qurdlar iltihablı bağırsaq xəstəliklərinin müalicəsində kömək edə bilər.

“Medicina” xəbər verir ki, beynəlxalq alimlər qrupu bağırsaq parazitlərinin ifraz etdiyi hissəciklərin bağırsaq xəstəliklərində iltihabı azalda biləcəyini aşkar edib.

Laboratoriya siçanları üzərində 4 illik araşdırma parazit qurd Ascaris suum tərəfindən istehsal olunan hüceyrədənkənar maddələrin kolitli siçanlarda iltihabı azaltdığını aşkar etdi.

İltihabi bağırsaq xəstəliyi – Kolit və ya Kron davamlı iltihabla xarakterizə olunan xroniki mədə-bağırsaq xəstəlikləri qrupudur. Bunlara qarın ağrısı, ishal və digər xoşagəlməz simptomlara səbəb ola bilən yoğun bağırsağın selikli qişasının iltihabı aiddir.

Tədqiqat Danimarkanın Orhus Universitetinin professoru Peter Naisum rəhbərliyi ilə həyata keçirilib.

Nəticələr heyvanların vəziyyətində əhəmiyyətli bir yaxşılaşma olduğunu təsdiqlədi.

Tədqiqatın müəlliflərindən biri, Avstraliya Tropik Sağlamlıq və Tibb İnstitutundan doktor Faruk Şərifpurun sözlərinə görə, təcrübənin nəticələri xroniki iltihablı xəstəliklərin müalicəsində yeni terapevtik yanaşmaların işlənib hazırlanması üçün əsas ola bilər.

"Elmdə təcrübələr aparmayınca nəticələrdən əmin ola bilməzsiniz. Bəzi maddələr laboratoriya şəraitində yaxşı nəticələr verir, lakin canlı orqanizmlərdə işləmir. Lakin bu halda biz real irəliləyişləri gördük”.

Alimlər üçün növbəti addım bu prosesin bədənə təsir mexanizmlərini öyrənmək və onların sintetik analoqunu hazırlamaqdır. Şərifpurun sözlərinə görə, gələcəkdə bu metodla təkcə bağırsaq xəstəliklərinin müalicəsində deyil, həmçinin artrit və 2-ci tip şəkərli diabet kimi digər iltihablı xəstəliklərin müalicəsində də istifadə oluna bilər.


Aygün Musayeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 12 Fevral 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri