Icma.az
close
up
RU
Mədə bağırsaqda qanaxmalar Tanınmış həkim səbəbləri AÇIQLADI

Mədə bağırsaqda qanaxmalar Tanınmış həkim səbəbləri AÇIQLADI

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir tibbin imkanları sayəsində bir çox xəstəliklər artıq minimal invaziv üsullarla həm vaxtında aşkarlanır, həm də müalicə olunur. Xüsusilə mədə-bağırsaq sistemi ilə bağlı problemlər yaşayan pasiyentlər üçün endoskopik metodlar həm dəqiq diaqnostika, həm də effektiv müalicə imkanı yaradır.

Mədə, bağırsaq, öd yolları və s. xəstəliklərinin müalicəsində geniş istifadə olunan bu üsullar barədə daha ətraflı məlumat almaq üçün Referans Poliklinik Nəsimi filialının Cərrah-invaziv endoskopisti Dr. Fərid Dünyamalıyev həmsöhbət olduq.

Modern.az müsahibəni təqdim edir:

– Endoskopik üsullarla mədə-bağırsaq xəstəlikləri necə müalicə olunur?

- Müasir endoskopik avadanlıqlar yalnız yüksək keyfiyyətli diaqnostik imkanlar yaratmır, eyni zamanda geniş spektrli terapevtik prosedurların icrasına da şərait yaradır. Məsələn, qida borusu, mədə, nazik və yoğun bağırsaqdan törəmələr – poliplər, adenomalar – endoskopik yolla çıxarılır və histoloji müayinəyə göndərilir. Qida borusu darlıqları və axalaziya kardiyasının müalicəsində balon dilatasiyası tətbiq olunur. Öd yollarındakı iri daşlar çıxarılır və əzilir. Şiş stenozları olan nahiyələrdə özü-özünə genişlənən stentlər yerləşdirilir. Müxtəlif növ qanaxmalar inyeksiya və arqon plazması ilə dayandırılır. Eyni zamanda, polipektomiya, EMR (endoskopik mukozal rezeksiyası) və EDS (endoskopik diskeksiyası) kimi prosedurlar da geniş tətbiq olunur. Mədə və qida borusu damarlarının skleroterapiyası və bağlanması, mədədaxili balonun yerləşdirilməsi, yad cisimlərin çıxarılması və nazouejunal borunun quraşdırılması kimi prosedurlar da endoskopik üsullarla həyata keçirilir.

– Qaraciyər xəstəliklərində endoskopik müalicənin rolu nədən ibarətdir?

- Qaraciyər xəstəliklərinin diaqnostikası və müalicəsində də endoskopik yanaşma əhəmiyyətlidir. Ultrasəs nəzarəti altında endoskopik qaraciyər biopsiyası aparmaq mümkündür. Həm uşaqlarda, həm də böyüklərdə, mədəaltı vəzi və öd yolları ilə bağlı xəstəliklər zamanı terapevtik endoskopik retroqrad xolangiopankreatoqrafiya – yəni ERCP – geniş tətbiq edilir. Qaraciyər sirozu olan xəstələrdə qida borusu və mədədə yaranan varikoz damar genişlənmələrinin endoskopik müalicəsi də həyata keçirilir və çox vaxt həyati əhəmiyyət daşıyır.

– Mədə və bağırsaq qanaxmalarının əsas səbəbləri nələrdir?

- Mədə və bağırsaq qanaxmaları çox fərqli səbəblərdən meydana gələ bilər. Bu qanaxmalar bəzən ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Məsələn, nəcisdə parlaq qırmızı qan görülməsi, bağırsaqda aktiv qanaxma olduğuna işarədir. Mədə qanaxmalarının əsas səbəbləri arasında mədə və onikibarmaq bağırsaq xoraları, qida borusunun damar genişlənmələri, kolon divertikulları, şişlər, poliplər, hemoroidlər, selikli qişanın eroziv və xoralı zədələnmələri, Mallory-Weiss sindromu, angiodisplaziya, eləcə də qeyri-spesifik xoralı kolit və Kron xəstəliyi yer alır. Risk faktorları arasında qeyri-sağlam qidalanma, tütün və spirt istifadəsi, çoxlu dərman qəbulu və yaşlılıq önəm daşıyır.

– Bu qanaxmalar endoskopik üsullarla necə dayandırılır?

- Qanaxmanın dayandırılmasında ilk və əsas mərhələ onun yerinin dəqiq müəyyənləşdirilməsidir. Ən çox istifadə olunan üsul hemoklip metodudur. Qanayan nahiyəyə xüsusi metal kliplər yerləşdirilir və qanaxma effektiv şəkildə dayandırılır. Əgər endoskopik üsullar nəticə verməzsə, cərrahi müdaxiləyə ehtiyac yaranır. Digər tətbiq olunan metodlara elektrokoaqulasiya, inyeksiya və termohemostaz üsulları daxildir. Qanaxmanın mənbəyini müəyyən etmək üçün isə qastroskopiya və kolonoskopiya mütləq aparılır. Qanaxma endoskopik üsulla dayandırıldıqdan sonra təkrar riskinin qarşısını almaq üçün dərman müalicəsi də paralel şəkildə verilir.

– Poliplər kolonoskopiya zamanı necə çıxarılır?

- Yoğun bağırsaqda inkişaf edən poliplər əsasən ayaqcığı olan və ya geniş əsaslı formalarda olur. Bu poliplərin böyük əksəriyyəti vaxtında aşkarlanmadıqda kolon xərçənginə çevrilə bilər. Əldə olan məlumatlara görə, kolon xərçənglərinin 90-95%-i poliplərdən əmələ gəlir. Buna görə də kolonoskopiya zamanı aşkarlanan hər bir polip ya biopsiyaya göndərilməli, ya da polipektomiya ilə çıxarılmalıdır. Polipektomiya zamanı xüsusi alət vasitəsilə polip gövdəsindən kəsilərək təhlükəsiz şəkildə çıxarılır. Bu prosedur tamamilə ağrısızdır və xəstədə heç bir narahatlıq yaratmır.

– Sonda mədə-bağırsaq problemləri yaşayan insanlara nə kimi tövsiyələr verərdiniz?

- Əvvəla qeyd etmək istəyirəm ki, mədə-bağırsaq sistemi orqanizmin çox həssas və vacib bir hissəsidir. Bu sistemdə baş verən pozuntular yalnız yerli narahatlıqlara deyil, ümumi sağlamlığa da təsir edə bilər. Ona görə də ilk növbədə düzgün və balanslı qidalanma qaydalarına əməl etmək vacibdir. Fast-food, çox ədviyyatlı, yağlı və qazlı içkilərdən imtina edilməli, təbii və lifli qidalara üstünlük verilməlidir. Stress də mədə-bağırsaq sisteminə birbaşa təsir göstərdiyindən, psixoloji gərginlikdən uzaq durmaq və lazım gəldikdə dəstək almaq önəmlidir. Müntəzəm olaraq tibbi müayinələrdən keçmək, xüsusilə 40 yaşdan sonra qastroskopiya və kolonoskopiya kimi profilaktik yoxlamaları aparmaq, ciddi xəstəliklərin qarşısını vaxtında almağa kömək edir. Əgər nəcisdə qan, uzun müddətli qarın ağrısı, şişkinlik və ya iştahasızlıq kimi simptomlar varsa, mütləq həkimə müraciət olunmalıdır. Müasir tibbdə endoskopik texnologiyalar bu problemləri vaxtında və minimal invaziv üsullarla aşkarlayıb müalicə etməyə imkan verir. Sağlamlıq hər şeydən önəmlidir – ona görə də heç bir simptomu kiçiltməmək və özümüzü nəzarətsiz buraxmamaq lazımdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri