Icma.az
close
up
RU
Bağırsaqlarınızdakı faydalı bakteriyaları necə qoruya bilərsiniz?

Bağırsaqlarınızdakı faydalı bakteriyaları necə qoruya bilərsiniz?

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bağırsaqlardakı faydalı bakteriyaların qorunması sağlamlığın əsas açarlarından biri sayılır. Mütəxəssislər xəbərdarlıq edir ki, bu tarazlıq pozulduqda immunitet zəifləyir, həzm sistemi yüklənir və bir çox xəstəlik riski artır.

Qidalanma və pəhriz mütəxəssisi Harika Özkaya Yurttadur bağırsaq mikrobiotasının necə işlədiyini və onu necə qorumağın vacib yollarını izah edib.

Bağırsaqlarda yaşayan bakteriya, göbələk və virusların yaratdığı ekosistemə “mikrobiota” deyilir. Onların ümumi çəkisi təxminən 2 kiloqramdır və burada zərərli bakteriyaların çoxalması, faydalıların isə azalması ciddi sağlamlıq problemlərinə yol açır. Mütəxəssis vurğulayır ki, genetik amillər, Qərb tərzi qidalanma, oturaq həyat, siqaret və spirt istifadəsi bu tarazlığı zədələyən əsas səbəblərdir.

Mikrobiota orqanizmdə bir çox həyati funksiyaları yerinə yetirir. Karbohidratların həzmini, qan şəkərinin tənzimlənməsini, öd turşusunun balansını, vitamin sintezini, bağırsaq baryerinin qorunmasını və immunitetin güclənməsini təmin edir. Bu səbəbdən bağırsaq tarazlığını qorumaq həm həzmi, həm də ümumi sağlamlığı yaxşılaşdırır.

Mütəxəssis bağırsaqların sağlam qalması üçün bir neçə vacib qaydaya əməl etməyi tövsiyə edir. Birincisi, kifayət qədər lif qəbul etmək lazımdır. Lif nəcisi yumşaldır, həzmi yüngülləşdirir və bağırsaqların müntəzəm işləməsinə kömək edir. Bundan başqa, gün ərzində 8–10 stəkan su içmək lifin təsirini artırır və qəbizlik riskini azaldır.

Hərəkət də bağırsaq sağlamlığı üçün önəmlidir. Gündəlik 30 dəqiqəlik gəzinti bağırsaq ritmini gücləndirir. Mütəmadi qidalanma isə mədəni yormadan həzm sisteminin ritmini qoruyur. Pəhrizdə probiotiklərə — qatıq, kefir, turşu və digər fermentləşdirilmiş qidalara yer verilməsi faydalı bakteriyaları artırır. Prebiotiklər — sarımsaq, soğan, banan, tam taxıllar və paxlalılar isə bu bakteriyaların qida mənbəyidir.

Mütəxəssis emal olunmuş və qızardılmış qidalardan, qazlı içkilərdən uzaq durmağı məsləhət görür. Bu məhsullar bağırsaq florasını zəiflədir və həzmi pozur. Antibiotiklərin də yalnız məcburi hallarda istifadə olunması tövsiyə edilir, çünki onlar həm zərərli, həm də faydalı bakteriyaları məhv edir.

Bağırsaq mikrobiotasının pozulması qəbizlik, ishal, şişkinlik, qaz, ürəkbulanma, iştahsızlıq və səbəbsiz çəki itkisi ilə özünü göstərir. Uzunmüddətli disbalans yoğun bağırsaq xərçəngi, iltihabi bağırsaq xəstəlikləri, piylənmə və ürək-damar problemlərinə səbəb ola bilər. /E-saglam.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Noyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri