Icma.az
close
up
RU
Ürəyinizi necə qoruya bilərsiniz?

Ürəyinizi necə qoruya bilərsiniz?

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ürək sağlamlığını qorumaq üçün gündə beş porsiya meyvə və tərəvəz yemək tövsiyə olunsa da, yeni araşdırma göstərib ki, əsas məsələ miqdar deyil, hansı məhsulları seçdiyinizdir.
Alimlər ürək-damar xəstəliklərindən ölüm riskini azaltmağa kömək edən flavanolların qidalanmada mühüm rol oynadığını açıqlayıblar. Flavanollar bitki mənşəli təbii antioksidantlardır və onların gündə təxminən 500 milliqram qəbul edilməsi ürək sağlamlığı üçün faydalı hesab olunur.
"Food and Function" jurnalında dərc olunan araşdırmada Böyük Britaniya və ABŞ-dan 30 mindən çox insanın məlumatları təhlil edilib. Nəticələr göstərib ki, sadəcə çoxlu meyvə və tərəvəz yemək kifayət deyil. Əsas olan flavanolla zəngin məhsulları seçməkdir.
Tədqiqatın rəhbəri doktor Xavyer Ottaviani bildirib ki, insanların əksəriyyəti bol meyvə-tərəvəz qəbul etməyin kifayət etdiyini düşünsə də, flavanol səviyyəsinə çatmaq üçün düzgün seçimlər etmək lazımdır.
Araşdırmaya görə, sağlam qidalanma qaydalarına əməl edən insanların yalnız 25 faizdən az hissəsi gündəlik tövsiyə olunan flavanol miqdarını qəbul edir. Hətta çox meyvə və tərəvəz yeyənlərlə az yeyənlər arasında flavanol qəbulu baxımından ciddi fərq aşkarlanmayıb.
Mütəxəssislər flavanol qəbulunu artırmaq üçün qida rasionuna böyürtkən, alma, yaşıl çay, lobya və digər paxlalıları daxil etməyi tövsiyə edirlər.
Flavanolla ən zəngin məhsullar arasında ərik, zoğal, böyürtkən, yaşıl çay, paxla, alça, qabıqlı alma, çiyələk, göyəm və pinto lobyası yer alır.
Alimlər hesab edirlər ki, gələcəkdə qidalanma tövsiyələri yalnız meyvə və tərəvəzin miqdarına deyil, onların tərkibindəki faydalı maddələrə görə də formalaşdırılmalıdır.(axsam.az)
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 İyun 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see342

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see316

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see316

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see302

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see294

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see288

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see281

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see269

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see269

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see264

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see241

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see233

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see232

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see230

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see229

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see229

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see225

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see222

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see216

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri