Icma.az
close
up
RU
Bağlı qapılar arxasında görüş: Kürdlər Ocalana mesaj göndərdi

Bağlı qapılar arxasında görüş: Kürdlər Ocalana mesaj göndərdi

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədə Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Partiyası) həmsədri Tuncer Bakırhan  Diyarbəkirdəki bəzi kürd partiyalarını ziyarət edib.

“Cebheinfo.az” xəbər verir ki, bağlı qapılar arxasında keçirilən görüşlərdə PKK-nın tərksilah və özünü buraxma qərarından sonra yeni həll prosesində  son vəziyyət  qiymətləndirilib.

Bakırhan vurğulayıb ki, hadisələr yalnız DEM Partiyası ilə Ədalət və İnkişaf Partiyası (AKP) arasında həyata keçirilən proses kimi dəyərləndirilməməlidir.

Görüşlərdə kürd partiyaları bəzi tənqid və narahatlıqlarını PKK lideri Abdullah Öcalana çatdırmaq üçün Bakırhanla bölüşüblər. 

Bakırhanın Diyarbakıra səfərində onu ötən ay yaradılan “Demokratik Birlik Təşəbbüsü”nün təmsilçiləri də müşayiət edib. Bu təşəbbüs kürd məsələsinin ədalətli, bərabərhüquqlu və demokratik həlli, eləcə də Türkiyənin demokratikləşdirilməsi məqsədilə qurulub. Həmsözcüləri DEM Partiya Van millət vəkili Gülcan Kaçmaz Sayyiğit və Diyarbakır millət vəkili Mehmet Kamaçdır.

Görüşdə iştirak edən partiyalar bunlardır-İnsan və Azadlıq Partiyası (PİA), İnqilabçı Demokrat Mədəniyyət Dərnəyi, Kürdüstan Kommunist Partiyası, Azadi (Azadlıq) Partiyası, Kürdüstan Sosialist Partiyası (PSK), Kürdüstan Demokrat Partiyası - Türkiyə (PDK-T).

Haqq və Azadlıqlar Partiyası (HAK-PAR) və Kürdüstan Vətənpərvərlər Partiyası (PWK) isə bu görüşlərdə iştirak etməyib.

Görüşlər öncəsi Bakırhan bildirib ki, Abdullah Öcalan kürd partiyalarının proseslə bağlı fikirlərini önəmli hesab edir, bu səbəbdən onların rəy və təkliflərinin dinlənilməsi istənilib:

“Öcalan növbəti görüş zamanı bu partiyalarla keçirilən danışıqlar barədə ona məlumat verməyimizi istəmişdi. Biz də bu məqsədlə ziyarətlərimizə başlamışıq”.

Xatırladaq ki, PKK Abdullah Öcalanın çağırışı ilə 5-7 may tarixlərində toplanmış və 12 mayda təşkilatın silah buraxıb özünü buraxma qərarı ictimaiyyətə açıqlanmışdı.

Öcalanın PKK Konqresinə göndərdiyi məktubda kürd dili ilə bağlı bəzi fikirləri və bəzi kürdlər haqqında “Judenrat” (Judenrat – İkinci Dünya müharibəsində nasistlərlə əməkdaşlıq edən bəzi yəhudi qruplarını ifadə edən anlayışdır-red.) ifadəsini işlətməsi bəzi kürd partiyalarında narahatlıq doğurub. Bu, xüsusilə Demokratik Bölgələr Partiyası (DBP) ilə HAK-PAR arasında gərginliyə səbəb olub. PWK isə verdiyi açıqlamada Abdullah Öcalanın kürd xalqından üzr istəməsini tələb edib.

Toplantıda iştirak edən kürd siyasətçiləri bildiriblər ki, bu mövzu da görüşlərdə müzakirə olunub və onlar Öcalanın gələcəkdə kürdlərin milli hisslərini incitməkdən çəkinməli olduğunu ifadə ediblər.

Görüşlər zamanı partiyaların nümayəndələrinə prosesin davam etməsi və Öcalanla rəsmi görüşlər üçün zəmin yaranarsa, həmin görüşlərdə iştirak etmək istəkləri barədə sualı verilib. Əksər partiyalar bu suala müsbət cavab verib.

İnsan və Azadlıq Partiyasının (PİA) sədri Ahmet Kaya “BBC Türkçə”yə açıqlamasında “Bu görüşdə qeyd etdik ki, prosesin növbəti mərhələsi cəmiyyətlə və kürd siyasi çevrəsi ilə mütləq bölüşülməlidir. Tənqidi yanaşmaların yetkinliklə qarşılanması vacibdir. Çünki kürdlər arasında daxili qarşıdurmaları qızışdıracaq dil, təxribatçı güclərin də prosesə müdaxilə etməsi riskini artırır”, - deyə bildirb. 

Kürd partiyaları hesab edir ki, PKK “100 ildir davam edən kürd məsələsinin nəticəsi olaraq” yaranıb və onun silah buraxma qərarı müsbət haldır. Amma partiyalar məsələnin həlli üçün müxtəlif yollar təklif edirlər.

HAK-PAR, PWK, PSK kimi partiyalar kürd məsələsinin federal sistemlə həllinə inanırlar.

PİA lideri Ahmet Kaya qeyd edir ki, Türkiyədə kürdlərin böyük qismi metropollarda yaşayır. Onun fikrincə, Suriyada, İraqda və İranda isə kürdlər daha homojen şəkildə, bir arada yaşayırlar.

İnqilabçı Şərq Mədəniyyəti Dərnəyinin sədr müavini Abdülhay Okumuş Öcalanın PKK Konqresinə göndərdiyi məktubda Bakırhana "kürd milli dəyərlərinə zidd olan ifadələrin" qəbuledilməz olduğunu söylədiklərini deyib. Okumuşa görə, bütün bunlara baxmayaraq, PKK-nın silah buraxması Türkiyədə kürd məsələsində sivil siyasətə yol açır.

”BBC Türkçə”nin əldə etdiyi məlumata görə, kürd partiyaları Tuncer Bakırhanla görüş zamanı Kürd Milli Birlik Konfransının keçirilməsini istəyib. Bakırhanla görüşənlərdən biri olan PSK sədri Bayram Bozyel partiyasının 15 iyun bazar günü Diyarbəkirdə keçirilən 4-cü növbəti qurultayında "Yaxın Şərqdə inkişaflar kürdlərin yaşadığı coğrafiyada baş verir",- deyib. 

PSK lideri Bayram Bozyel isə Diyarbakırda keçirilən 4-cü Qurultayda “Orta Şərqdə baş verən proseslər kürdlərin yaşadığı coğrafiyada cərəyan edir. Bu səbəbdən ortaq bir mövqe və strategiya formalaşdırmaq lazımdır. Bunun üçün Mesud Bərzani liderliyində, Ərbildə milli bir konfrans keçirilməlidir”,-deyə bildirib. 

Bozyel PKK-nın silah buraxmasını önəmli bir addım kimi qiymətləndirib:

“Silahlı hərəkat kürdləri sıxışdırmaq üçün bir bəhanəyə çevrilmişdi və bunun bitməsinə sevinirik, lakin PKK silahı yerə qoyanda dövlət “problem həll olundu” deyir. Biz bunu qəbul etmirik”. 

Bayram Bozyelə görə kürd məsələsinin həlli bu şəkildə mümkün ola bilər:

“Kürd milli varlığının tanınması, kürd dilinin təhsil dili kimi qəbulu, kürdlərə siyasi statusun verilməsi, bütün etnik, dini və sosial təbəqələrin tələblərini əhatə edən yeni konstitusiyanın hazırlanması”.

Bozyel əlavə edir ki, Öcalanla aparılan prosesə vətəndaş cəmiyyəti nümayəndələri və ziyalılar da cəlb olunmalı, proses şəffaf və ictimaiyyətə açıq şəkildə aparılmalıdır.

O, gələcəkdə atılmalı olan addımları da sıralayıb:

“Dağdan enənlərin geri dönüşünü təmin edəcək hüquqi zəminin yaradılması, həbsdəki siyasi məhbusların azadlığa buraxılması, qayum təyin olunan bələdiyyə başçılarının vəzifəyə bərpa edilməsi, “Kürdüstan” adı ilə bağlı açılmış məhkəmə işlərinin ləğv edilməsi lazımdır”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyun 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri