Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

3 aylıq olanda nə baş veribsə xatırlayır

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Ceyranbatanda toyda dava Biri komadadır

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Bağlı qapılar arxasında qalan xəstələr

Bağlı qapılar arxasında qalan xəstələr

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bəzən bir səhiyyə müəssisəsinə yol düşəndə insan ən çox həkimlə qarşılaşacağı anı düşünür. Diaqnoz, müayinə, növbə, xəstələrin sayı… Amma heç kim təsəvvür etmir ki, ən böyük problem adi bir tualet qapısının açılmaması ola bilər. Nərimanov Tibb Mərkəzinin bir gününün şahidi olmaq isə bu gerçəkliyi bütün çılpaqlığı ilə göz önünə sərdi.

Həkimimiz günorta növbəsi olduğundan poliklinikaya saat 3-də çatdıq. Həkimin otağı 2-ci mərtəbədə yerləşirdi. Bizdən öncə içəri girməli olan xəstə yaşlı, insult keçirmiş bir qadın idi. Çarəsiz halda tualet axtarırdı. İlk baxışdan adi görünən bu ehtiyac, təəssüf ki, oranın reallığında problemə çevrilmişdi. Məlum oldu ki, 2-ci mərtəbədəki tualetin qapısı bağlıdır və açarı heç kəs tapa bilmir. Qadının yanında gələn qız əl-ayağa düşüb açar axtarmağa başladı, lakin nəticə dəyişmədi: “açar hansısa işçidə imiş və o da artıq gedib”.

Həmin qadın danışdıqca insanın içi sızlayırdı. Ağır xəstəliklər keçirmiş qadın növbəsi çatana qədər əlində əsası ilə azı üç dəfə 1-ci mərtəbəyə düşüb-qayıtmalı olmuşdu. Hər addımı çətin olan bu insanın sağlamlıq problemi yetmirmiş kimi, bir tualet qapısının məsuliyyətsizliyini daşımalı idi.

Elə bu vaxt mənim 7 yaşlı oğlum tualet istədi. Açıq-aşkar görünürdü ki, bu mərtəbədə insan ehtiyacının qarşılanması sadəcə şansdan asılıdır. Biz də aşağı düşsək, növbəmizi itirəcəyik. Mən də açar axtarışına qoşuldum. Amma mənim axtarışım da nəticəsiz qaldı. Təxminən 10 dəqiqəlik “açar ovuna” gedən zamanın hamısı sadəcə bir sualın ətrafında fırlanırdı. Bir tibb müəssisəsində tualet niyə bağlı olmalıdır?

Səhiyyədə çox məqamlar inkişaf tələb edir, bunu hər kəs bilir. Amma bəzi problemlər var ki, onların mövcudluğu izah olunmazdır. Tualet qapısının açarı olmayan bir poliklinika, bu həm idarəçilik boşluğunun, həm xəstəyə hörmətsizliyin, həm də ümumi sistem qüsurunun canlı nümunəsidir.

Əsas hədəf sağlamlıq və xidmət göstərməkdirsə, insanın ən elementar ehtiyaclarına belə diqqət yetirilməməlidir? Xəstənin tualet tapmaq üçün mərtəbələr arasında qaçması hansı tibb mərkəzinin standartlarına uyğundur?

Bu yazı bir irad, bir sual, eyni zamanda çağırışdır. Səhiyyədə böyük problemləri həll etmək üçün əvvəlcə ən kiçiklərindən başlamaq lazımdır. Çünki bəzən bir tualet qapısının açarı bütöv bir sistemin necə işlədiyini göstərir.

Leyla Mirzə

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 Dekabr 2025 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see994

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see576

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see323

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see304

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see302

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see299

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see295

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see254

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see228

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see180

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see172

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see169

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri