Icma.az
close
up
RU
Baha ət, ucuz kolbasa: Bu necə baş verir?

Baha ət, ucuz kolbasa: Bu necə baş verir?

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda kolbasa istehsalı artır. Ətin bahalaşması fonunda bu artım xüsusilə diqqət çəkir. 2026-cı ilin yanvar-iyul aylarında ölkədə 19 min 601 ton kolbasa məmulatı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çoxdur. Üstəlik, avqustun 1-nə hazır məhsul ehtiyatlarının 25,23 faiz azalması bazarda istehsal olunan məhsula tələbin də artdığını göstərir. Bəs kolbasaya tələbatın artması nə ilə əlaqədar ola bilər? İstehlakçı daha münasib qiymətli məhsula yönəlib, yoxsa yerli istehsal idxalı sıxışdırmağa başlayıb?

“Kolbasa məhsullarının tərkibi yalnız ətdən ibarət deyil”

İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə kolbasa və kolbasa məhsullarının qiymətində artım müşahidə olunsa da, istehlakçı davranışında da müəyyən dəyişikliklər baş verib: “Eyni zamanda, qlobal bazarda inflyasiya tempinin yüksəlməsi idxal olunan məhsulların qiymətlərinə də təsir göstərib. İlk növbədə istehlakçı davranışındakı dəyişikliyə və artan ət qiymətlərinə diqqət yetirmək lazımdır. Ətin qiymətinin mütəmadi artması nəzəri olaraq kolbasa və kolbasa məhsullarının qiymətinə də təsir göstərməlidir. Hazırda sümüksüz ətin qiyməti 20 manatdan yuxarı olduğu halda, kolbasa məhsullarının qiyməti təxminən 8–12 manat arasında dəyişir. Amma nəzərə almaq lazımdır ki, kolbasa məhsullarının tərkibi yalnız ətdən ibarət deyil. Onların istehsalında quş əti və digər komponentlərdən də istifadə olunur”.

“İstehsal yalnız yerli xammalla məhdudlaşmır”

G.Hüseynovanın fikrincə, istehlakçı davranışına təsir edən digər amil kolbasa, sardelka, sosis və digər məhsulların hazırlanmasının daha rahat olmasıdır. Bu məhsulların istifadəsi istehlakçıya vaxt qazandırır: “Bundan əlavə, idxal və yerli məhsulların qiymətlərini müqayisə etdikdə aralarında ciddi fərq olduğu görünür. Bu da təbii olaraq yerli istehsala tələbin artmasına şərait yaradır. İstehlakçıların bu məhsullara tələbatı xüsusilə yaz və yay aylarında arta bilər. Ət qıtlığı və qiymət artımı şəraitində kolbasa istehsalı yalnız yerli xammalla məhdudlaşmır. Digər ölkələrdən diri heyvan və ya kəsilmiş ət formasında idxal həyata keçirilir”.

“İstehsalın artması istehlakçı tələbi ilə əlaqədardır”

İqtisadçı bildirdi ki, yerli istehsalın artmasında idxal məhsulları ilə qiymət fərqi də rol oynayır: “Alıcı daha münasib qiymətli məhsula yönəlir və bu da həmin məhsulun istehsal həcminin artmasına şərait yaradır. Əgər yerli məhsul alıcının tələbinə, məmnuniyyətinə və büdcəsinə uyğundursa, bu, idxalın azalmasına təsir göstərə bilər. 2026-cı ilin yanvar-iyul aylarının statistik göstəricilərinə əsasən, idxal da, anbarlarda məhsul ehtiyatı da azalıb, istehsal isə artıb. Bu da istehlakçı davranışının dəyişdiyini və tələbin yüksəldiyini göstərir. Bununla belə, məhsul istehsalının artmasını sırf idxalın azalması ilə əlaqələndirmək olmaz. Əgər vitrindəki məhsulun qiyməti alıcının büdcəsinə uyğun deyilsə, sahibkar da xaricdən idxalı azalda bilər. Kolbasa və kolbasa məhsulları xüsusi saxlanma şəraiti tələb edir və tez xarab olur. Bu səbəbdən belə məhsullar uzun müddət vitrində saxlanıla bilməz. Əgər alıcının tələbi yerli məhsula deyil, idxal məhsuluna yönəlsəydi, yerli istehsalın azalması ehtimalı yüksək olardı”.

“Dondurulmuş və idxal olunan ətlərdən istifadə olunur”

Sənaye mühəndisi Sayat Quliyeva isə bildirdi ki, Azərbaycanda kolbasa istehsalının artması ilk növbədə bazarın tələbinə uyğun məhsul çeşidlərinin genişləndirilməsi və emal proseslərinin optimallaşdırılması ilə əlaqələndirilməlidir: “Burada mövsümi amillərin də rolu var. Ət xammalının bahalaşması istehsal həcminin artırılması üçün mütləq maneə deyil. Müəssisələr xammal tədarükünü optimallaşdırmaq, resepturanı düzgün balanslaşdırmaq, istehsal itkilərini azaltmaq və avadanlıqların məhsuldarlığından daha səmərəli istifadə etməklə xərcləri kompensasiya edə bilərlər. Burada əsas məqsəd daha çox məhsul istehsal etməkdən çox, hər kiloqram məhsul üzrə maya dəyərinə və marjaya nəzarət etməkdir. Hazırda 20–22 manat qiymətində olan ətlər kolbasa istehsalında istifadə edilmir. İstehsalda əsasən dondurulmuş və idxal olunan ətlərdən istifadə olunur ki, bu da xammal qiymətlərinin kəskin artmasının qarşısını müəyyən qədər alır”.

S.Quliyevanın qənaətincə, ümumilikdə ət istehsalındakı vəziyyət kolbasa sektoruna birbaşa təsir edir: “Xammalın təklifi və qiyməti dəyişdikcə istehsalçının maya dəyəri, tədarük strategiyası və istehsal planlaması da dəyişir. Ət xammalında çatışmazlıq isə maya dəyərinə təzyiq yaradır. Belə vəziyyətdə istehsalçı keyfiyyəti qorumaqla məhdud resurslardan maksimum məhsuldarlıq əldə etməyə çalışır. İşçi sayının optimallaşdırılması, qablaşdırma və digər əlavə xərclərin azaldılması kimi tədbirlər görülə bilər. Lakin resepturaya həddindən artıq müdaxilə məhsulun keyfiyyətinin və qida təhlükəsizliyinin pisləşməsinə səbəb olur”.

“Optimallaşdırılma xammal xərclərini də azaldır”

Müsahibimizin fikrincə, xammalın strukturunun dəyişməsi də istehsal həcminə təsir göstərir: “Ətin yağ və zülal nisbəti düzgün balanslaşdırıldıqda məhsulun su bağlama qabiliyyəti və emulsiya stabilliyi artır. Bu, termiki emal zamanı itkiləri azaldır, hazır məhsulun çıxımını yüksəldir və eyni miqdarda xammaldan daha çox məhsul əldə etməyə imkan verir. Düzgün yağ-zülal balansı və istehsal prosesinin optimal şəraitdə aparılması məhsul çıxımını artırır, nəticədə 1 kiloqram hazır məhsula düşən xammal sərfi azalır. Bununla belə, optimallaşdırma məhsulun keyfiyyəti və qida təhlükəsizliyi tələblərinə uyğun aparılmalıdır”.

Mənbə: "Kaspi" qəzeti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Sentyabr 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri