Icma.az
close
up
RU
Təhlükəli şokolad, ət olmayan kolbasa: supermarketlərdə saxtasını necə tanımaq olar? ARAŞDIRMA

Təhlükəli şokolad, ət olmayan kolbasa: supermarketlərdə saxtasını necə tanımaq olar? ARAŞDIRMA

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mağazadan çıxmadan potensial keyfiyyətsiz və ya təhlükəli məhsulu necə müəyyən etmək olar?
İstehsalçılar cəlbedici qablaşdırmaya böyük vəsait xərcləyirlər, lakin parlaq etiket həmişə keyfiyyəti göstərmir. Cazibədar adların altında çox vaxt kolbasa və ya pendir məhsulları, spredlər, nektarlar və “psevdoşokolad” gizlənə bilər.

Supermarketlərdə saxta məhsulu necə tez və asan tanımaq olacağı barədə Lent.az məlumat verir:
Südsüz “süd” məhsulları

Süd yağı bahalı olduğu üçün istehsalçılar onu çox vaxt bitki və ya palma yağı ilə əvəz edirlər. Etiketlərdə “süd tərkiblidir” yazılsa da, məhsulu həqiqi süd məhsulu hesab etmək üçün onun tərkibində ən azı 50% süd yağı olmalıdır. Həmişə kiçik şriftlə yazılan hissəni diqqətlə oxuyun və yalnız ucuz qiymətə güvənməyin.
Kefirsiz “kefir” məhsulları

Bəzi içkilərdə canlı kefir göbələkləri əvəzinə quru başlanğıclar (zakvaska) istifadə olunur bu, ucuz başa gəlir, lakin keyfiyyəti aşağı salır. Etiketi diqqətlə yoxlayın və əvəzləyicilər olan məhsullardan uzaq durun.

Kərə yağı və spred

Bir baxışda onları ayırd etmək çətindir, buna görə də tərkibi oxumaq çox vacibdir. Tərkibdə bitki yağı varsa, qablaşdırmada “kərə yağı” sözü yazılmamalıdır bu, qanun pozuntusudur. Spred az xolesterinli pəhriz üçün uyğun ola bilər, lakin seçim həmişə istehlakçının özünə aiddir.
Kolbasa məmulatları

Həqiqi ət olan kolbasanı tapmaq üçün etiketləri diqqətlə oxumaq lazımdır. Müasir istehsalda əti tez-tez nişasta, bitki sellülozası və ya quş əti ilə əvəz edirlər. “A kateqoriyası” işarəsini axtarın bu halda məhsulun təxminən 80%-i real ətdən ibarət olur. Tərkibdə kollagen zülalı, mexaniki üsulla ayrılmış quş əti və ya su saxlayan əlavələr varsa diqqətli olun. Markalanmanın ümumiyyətlə olmaması da şübhə üçün əsasdır.
“Psevdoşokolad”

Gözəl qablaşdırmaya aldanmayın: həqiqi şokolad əvəzinə “konditer plitkası” ola bilər. Tərkibində kakao tozu olsa da, kakao yağı ümumiyyətlə olmaya bilər. Belə məhsullar tez-tez konfetlərin hazırlanmasında istifadə olunur və tərkibi tam müəyyən etmək çətin olur. Qablaşdırmada “şokolad” sözü yoxdursa, bu, ciddi xəbərdarlıqdır.
Nektarlar

Qablaşdırmada “100 faiz” yazılsa belə, məhsulun üzərində “nektar” adı varsa, bu, içkinin cəmi 5–20 faiz meyvə şirəsi olduğu deməkdir. Çox vaxt şirələr və nektarlar su ilə durulaşdırılır, kalorilər isə şəkər hesabına artırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Noyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri