Bahalaşma gündəlik xərcləri necə artırır? Açıqlama
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda qiymətlərin dəyişməsi və inflyasiya əhalinin gündəlik xərclərinə də təsir göstərir. Xüsusilə ərzaq, nəqliyyat və digər gündəlik tələbat məhsullarının qiymətindəki dəyişikliklər ailələrin aylıq büdcəsində özünü göstərə bilir.
İqtisadçı Emin Qəribli Demokrat.az-a açıqlamasında söyləyib ki, gündəlik xərclərdə də qiymətlər yüksək olduqca, insanın həmin xərcləri məhdudlaşdırması lazım gəlir:
“Azərbaycanda, eləcə də bütün dünyada inflyasiyanın əsas səbəblərindən biri qida məhsullarının qiymət artımıdır. Qida məhsullarının qiymətləri daha çox artır, Azərbaycanda da vəziyyət belədir. Xarici və daxili amillərə baxsaq, xüsusilə qida, ət məhsulları və digər ərzaqların qiymətlərinin daha yüksək templə artdığını görərik. Bu səbəbdən də gündəlik xərclər artır və bu, insanların büdcəsinə birbaşa təsir edir.
Ümumi inflyasiyaya baxdıqda göstərici o qədər də yüksək görünməyə bilər, amma qida məhsullarının qiymətlərinə nəzər saldıqda artımın kifayət qədər yüksək olduğunu görürük”.
İqtisadçı əlavə edib ki, dünyada neft qiymətlərinin artması da müəyyən hallarda gübrələrin qiymətinin yüksəlməsinə gətirib çıxarır:
“Bu isə öz növbəsində qida məhsullarının maya dəyərinə və nəticədə onların qiymətinə təsir edir. Ona görə də xüsusilə qeyd etdiyim məhsulların qiymətləri artdıqca, təbii ki, insanların gündəlik xərclərinin də artmasına səbəb olur”.
Bahalaşmanın pərdəarxası məqamlarına toxunan iqtisadçı neft amilini xüsusi qeyd edib. Dünya bazarında neftin bahalaşması gübrə istehsalını xərcləndirir. Bu zəncirvari reaksiya qida məhsullarının maya dəyərini, yekunda isə satış qiymətini qaldırır. Yəni qlobal bazar dalğalanmaları birbaşa məişət xərclərini böyüdür.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bahalaşma gözlənilir? Nazirdən açıqlama
11 Mart 2026 14:33
Maşın bazarında yenə bahalaşma olacaq Açıqlama
23 İyun 2026 22:30
Ərzaq bazarında bahalaşma: səbəb yalnız bayramdır? Açıqlama
18 Mart 2025 20:09
Toyuq ətinə tələbat kəskin artdı: bahalaşma olacaq? Açıqlama
24 Oktyabr 2025 14:36
Dollar sabitdir, bəs bahalaşma niyə davam edir? Açıqlama
01 Avqust 2026 11:05
Baxış sayı:81
Bu xəbər 21 Avqust 2026 21:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları