Icma.az
close
up
RU
Maşın bazarında yenə bahalaşma olacaq Açıqlama

Maşın bazarında yenə bahalaşma olacaq Açıqlama

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

2026-cı ilin ilk beş ayında Azərbaycanda minik avtomobillərinin idxalında kəskin azalma qeydə alınıb. Rəqəmlər göstərir ki, ötən ilin yanvar-may aylarında ölkəyə 39 min avtomobil gətirildiyi halda, bu il həmin göstərici 24 minə düşüb. Bu isə təxminən 40 faizlik azalma deməkdir. İdxaldakı bu geriləmə daxili avtomobil bazarına, xüsusilə qiymət dinamikasına və tələbatın səviyyəsinə necə təsir göstərib?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, 2026-cı ilin ötən beş ayı ərzində avtomobil idxalında müşahidə edilən azalmanı iki əsas faktorla izah etmək olar:
"Birincisi, yanvarın 1-dən etibarən elektromühərrikli avtomobillərə tətbiq edilən güzəştlərin dayandırılmasıdır. Ötən üç il ərzində bu avtomobillərin idxalı zamanı gömrük və vergi rüsumlarında mövcud olan güzəştlər daxili bazarda daha münasib qiymətlərlə avtomobil təklifinə imkan yaradırdı. Xüsusilə son iki ildə bu təşviqlər nəticəsində elektromühərrikli, "plug-in hibrid" və hibrid avtomobillərin idxalında ciddi artım müşahidə olundu. Bu dövrdə yeni avtomobillərin qiyməti, hətta bəzi hallarda ikinci və üçüncü əl avtomobillərlə müqayisədə daha əlverişli idi. Lakin güzəştlərin ləğvi qiymətlərin artmasına, alıcılıq qabiliyyətinin zəifləməsinə və nəticədə bazarda tələbin azalmasına səbəb oldu".
O bildirib ki, ikinci əsas amil isə əvvəlki dövrdə, xüsusilə taksi xidməti ilə bağlı qaydalardakı dəyişikliklərdən sonra formalaşan kütləvi tələbin aradan qalxmasıdır:
"Həmin vaxt iqtisadi, o cümlədən elektrik və hibrid avtomobillərə güclü tələb yaranmış və bu da ötən il idxalın kəskin artmasına səbəb olmuşdu. Bu il isə həmin tələb effektinin zəifləməsi ümumi idxal həcminə birbaşa təsir göstərir. Avtomobil idxalının azalması Azərbaycanda avtoparkın yenilənmə sürətini də zəiflədir və nəticədə avtoparkın orta yaşı artır. Belə vəziyyət həm yeni, həm də ikinci əl avtomobil bazarında qiymət artımını stimullaşdırır. Artıq ötən dövrdə də bahalaşma meylləri müşahidə olunurdu. Əgər bu tendensiya davam edərsə, yaxın dövrlərdə daxili bazarda avtomobil qiymətlərinin daha da artması ehtimal olunur", - deyə o qeyd edib.
Beləliklə, ölkənin avtomobil bazarında qeydə alınan 40 faizlik azalma həm vergi qanunvericiliyindəki dəyişikliklərin, həm də daxili tələbatın doymasının birbaşa nəticəsidir. Elektrik mühərrikli nəqliyyat vasitələrinə verilən rüsum güzəştlərinin dayandırılması idxalçıların fəaliyyətini xeyli məhdudlaşdırıb. Digər tərəfdən, taksi islahatlarının yaratdığı süni alış bumu artıq tamamilə geridə qalıb. Yaranan bu durğunluq yaxın gələcəkdə daxili bazarda köhnə avtomobillərin də süni şəkildə bahalaşmasına zəmin hazırlayır. Qiymət artımının qarşısını almaq üçün rəqəmsal və ekoloji təmiz avtoparkın formalaşdırılması istiqamətində yeni stimullaşdırıcı addımların atılması qaçılmaz görünür.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 İyun 2026 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri