Icma.az
close
up
RU
Bahalaşma maaş, pensiya artımını yeyir

Bahalaşma maaş, pensiya artımını yeyir

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilir ki, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18 % olub: 

"Banklar arasında keçirilən kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən də bankların 15 %-i əhalinin borclanmasında orta dərəcədə artım olduğunu bildirib. Borclanma məsələsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tənzimləmə siyasəti formalaşdırılır". 

Bununla bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli bildirib ki, gəlirlər azalır, xərc yükü çoxalır: 

"Üstəlik istehlak xərcləri də çoxalır. Ölkədə problemli kreditlər portfeli şişir. İnflyasiya, bahalaşma və idxaldan asılılıq daha çox sərt təbəqələşməyə səbəb olur. Kənar heç bir fikir olmadan rəsmi statistikaya baxmaq kifayətdir. Bu gün yayılan rəsmi xəbərdə deyilir: 

"Əhalinin borc yükü ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18 % olub". Bu, nə deməkdir? Sadə dildə izah etməyə çalışım: 

Bu cümlə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi məlumatına əsaslanır və əhalinin borc yükünün artdığını bildirir. Əhalinin borc yükü – insanların gəlirlərinə nisbətdə öhdəliklərinin (yəni kredit borclarının) faizidir. Yəni bir insanın qazandığı pulla borclarını ödəmək gücü ölçülür. Mütləq qeyd edim ki, bura istehlak, iaşə, ödənişli xidmətlər, səhiyyə, təhsil, kommunal xərclər daxil deyil. Əhalinin borc yükü ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18 % olub” deməkdir ki, ötən ilin sonunda bu göstərici 15,8% idi (çünki 18% – 2,2% = 15,8%), İndi isə bu göstərici 18%-dir". 

İqtisadçı buna nümunə olaraq qeyd edir ki, məsələn, orta statistik bir vətəndaşın aylıq gəliri 1000 manat-dır:

"Ötən il borc yükü 15,8% idi. Yəni vətəndaşın aylıq borc ödənişi 158 manat idi. Bu il borc yükü artıb 18% olub. İndi vətəndaşın aylıq borc ödənişi 180 manat-dır. Söhbət illik yox, aylıq borc yükündən gedir. Bu mənzərə önümüzə aydın bir tablo çıxarır, ya əhalinin gəliri artmayıb, amma kredit borcu artıb. Ya da gəlir azalıb və borclar əvvəlki kimi qalıb. Hər iki halda insanların maliyyə yükü ağırlaşıb. Nəticə ondan ibarətdir ki, vətəndaşın yaşayışı da ötən ilin sonu ilə müqayisədə çətinləşib. 

Yeri gəlmişkən, rəsmi statistikaya görə, Azərbaycanda istehlak bazarı 2025-ci ilin yanvarında ötən ilin yanvar ayı ilə müqayisədə 5 faiz böyüyərək 6.1 milyard manat olub. İstehlak bazarının böyüməsində əsas səbəb vətəndaşların istehlak bazarında 78.8 faizlik ərzaq ticarəti etməsidir. Yəni istehlak bazarı da inflyasiya və ərzaq məhsullarının bahalaşması səbəbindən böyüyüb. Yalnız bir neçə ay ərzində əhalinin borc yükü ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi, istehlak xərcləri isə 5 faiz çoxalıb". 

“Əhalinin borc yükü niyə artıb?” sualına  iqtisadçı-ekspert Əkrəm Həsənov da cavab verib.

O, "Cümhuriyət"-ə bildirib ki, borc yükünün artması bankların onlara daha çox kredit verməsi deməkdir: 

"Əhali həmişə borc götürməyə hazırdır. Əgər vətəndaşlara kredit götürmək imkanı verilsə, borc yükü 2,2 faiz deyil, 250 faiz artar. Yalnız Azərbaycanda deyil, dünyada da belədir ki,  insanların əksəriyyətinin maliyyə savadı, biliyi sabah necə olacağını düşünmək üçün o qədər də güclü deyil. İnsan istəyir ki, borc hesabına olsa belə, daha yaxşı güzəranı olsun. Ümidlidir ki, sabah qaytaracaq. Yəni 2,2 faiz artım o deməkdir ki, banklar daha çox kredit verməyə meylli olublar. 

Banklar əvvəllər az kredit verirdi, indi isə əksinə, daha çox kredit verirlər. Bu da o deməkdir ki, banklar daha çox qazanmaq istəyir. İstəyir ki, çox kredit versin ki, çox da qazansın. Banklar ona görə qorxurlar ki, çox versə, borcu qayıtmaz. Yaxud da hamıya vermək olmur. Bu, o deməkdir ki, bankların pulu çoxdur, bilmirlər nə etsinlər, başqa gəlirləri yoxdur. Meyillidirlər ki, daha çox kredit verib, qazansınlar”. 

Ekspert deyir ki,  burada başqa bir məqam var: 

“Bu, inflyasiya, pensiya, qiymət artımı və əməkhaqqı artımıdır. Son dövrdə maaşlar da, pensiya da bir qədər artıb, ancaq qiymətlər də artıb. Bir il əvvəl bankların verdiyi 1 milyon indi artıq o rəqəm deyil. Qiymət artımı insanların maaş, pensiya artımını "yeyir". İnsanlar əlində olan pulla daha az mal, xidmət ala bilirlər. Çünki qiymət artıb". 

Ekspert deyir ki, burada borc yükü olaraq banklara olan borc nəzərdə tutulur: 

"Mərkəzi Bank vətəndaşların başqa borclarını görmür. Vətəndaşlar lombardlar, fərdi sələmçilərdən də borc götürürlər, yaxud hansısa mal-kompüter, mebel satandan da nisyə alqı-satqı edirlər. Bunu Mərkəzi Bank görmür. Bəlkə orada da artım var. Ola bilər ki, mağazadan nisyə mal almaq çətinləşib, vətəndaş gəlib bankdan kredit götürüb malı alır. Bəlkə də dünənə qədər həmin o ticarət şəbəkəsi nisyə mal satırdı. Son dövrdə isə belə deyil. Deyirlər "get bankdan kredit götür, gəl al". Bu, artıq bank krediti olaraq görünür". 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Bahalaşma maaş pensiya Razi Abbasbəyli Əkrəm Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see458

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see295

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see290

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see285

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see276

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see275

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see273

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see267

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see230

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see227

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see222

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see219

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see214

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see209

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see202

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see197

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see180

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see173

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see171

Tramp: Bugünkü zərbələr İranın radarlarını hədəf seçib

01 Sentyabr 2026 23:40see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri