Icma.az
close
up
RU
Bayramqabağı ənənəvi bahalaşma Süni qiymət artımını kimlər yaradır? ŞƏRH

Bayramqabağı ənənəvi bahalaşma Süni qiymət artımını kimlər yaradır? ŞƏRH

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Qarşıdan müqəddəs Ramazan ayı gəlir. Həmçinin birazdan çərşənbələr də başlayacaq, əhali Novruz bayramını qeyd edəcək. Təbii ki, insanlar bayramlarda, özəl günlərdə büdcələrinin yetdiyi qədər süfrələrini bəzəməyə çalışırlar.

Lakin hazırkı durumda, qiymətlərin hər gün qalxdığı, endirimlərin isə zəruri sayılmayan məhsullarda və cüzi şəkildə olduğu bir vaxtda vətəndaşlar istədikləri, arzuladıqları hər qidanı alıb süfrəyə qoya bilmirlər.Ümumiyyətlə son günlər ölkədə ərzaq məhsullarının qiymətində ciddi bahalaşma müşahidə olunur. Bayramqabağı qiymətlərin artırılması da insanların narazılığına səbəb olur.

Dünya ölkələrinə nəzər salsaq, bayramlar yaxınlaşdığı zaman böyük endirimlər olur ki, bayram günlərində əhalinin büdcəsi istəklərinə yetə bilsin. Bizdə isə bunun tam əksi yaşanır. Pensiyalarda, maaşlarda bir az artım olan kimi, bayram yaxınlaşan kimi qiymətlər mütləq şəkildə artırılır.

Bəs qiymətlərin günbəgün artmasına səbəb nədir? Daha hansı məhsullarda qiymət artımı gözlənilir? Suallarımızı iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladıq. Ekspert Turkustan.az-a açıqlamasında bildirdi ki, digər ölkələrdən fərqli olaraq, bizdə bayramqabağı iqtisadi aura tamam fərqlidir.

Bildiyiniz kimmi Ramazan ayının gəlməsinə bir neçə gün qalıb. Daha sonra Novruz bayramı keçiriləcək. Ancaq biz artıq qiymətlərdə artım müşahidə etməyə başlamışıq. Hətta qiymətlər yanvar ayından artmağa başlayıb. Digər illərdən fərqli olaraq bu il qiymət artımı bir növ pilləli olaraq həyata keçirildi. Belə ki, sahibkar birbaşa vətəndaşı aldatmaq və qiymətin gözə çarpan olmaması üçün qiymətləri günbəgün artırdı. Quru paxlalı məhsullardan- noxud, düyü, qarabaşaq və makaron məhsullarında biz bunu müşahidə etdik. Nümunə üçün deyim ki, marketlər 500 qramlıq makaronu endirimlə 25 qəpiyə təklif edirdi, daha sonra həmin məhsul 29, 35 qəpiyə oldu. Hazırda isə 39 qəpik təşkil edir. Yəni, 25-dən 39-a birbaşa qiymət qaldırılmadı. Düşünürəm ki, adını çəkdiyim bu məhsullar bir o qədər də zəruri ehtiyac məhsulu deyil. Düzdür, əhalinin gündəlik tələbatını ödəyir, amma yaxşı olardı ki, insanların gücü çatmadığı ət və ət məhsulları, toyuq və tərəvəz məhsulları endirimdə olsun, bu daha məqsədə uyğun olardı. İnsanlar bayramlara görə çalışır ki, süfrəsində bütün naz-nemətlərdən olsun. Sahibkarlar yaxşı bilir ki, əhali bayramlarda qiymət fərqinə baxmadan ət, tərəvəz məhsullarını almağa çalışır, ona görə də bu durumdan sui-istifadə edirlər. Onu da qeyd edim ki, zəruri sayılmayan məhsullarda artım cüzi olsa da, ət və ət məhsullarında bu olduqca böyükdür. Yaxşı olardı ki, əsas bu məhsullarda endirim olsun ki, əhalinin tələbatı ödənilsin. Oruc tutan insanlara daha kalorili, güclü qidalar lazımdır!

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Fevral 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri