Icma.az
close
up
RU
“Bahalaşma qaçılmazdır” İqtisadçıdan bədbin PROQNOZ

“Bahalaşma qaçılmazdır” İqtisadçıdan bədbin PROQNOZ

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycanda 30 iyun 2024-cü ildə dizel yanacağı birdən-birə 25%, yəni, 20 qəpik bahalaşdı, 1 litri 80 qəpikdən 1 manata qaldırıldı. Həmin qərar verərkən hökumət dedi ki, dünya bazarında neft bahalaşıb deyə, belə bir addım atmaq məcburiyyəti yaranıb. 2024-cü ilin iyun ayında dünyada “Brent” markalı neftin ortalama qiyməti 82 dollar idi”.

Turkustan.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, 2024-cü ildən bəri neftin qiyməti ucuzlaşsa da, dizel yanacağının qiyməti bahalaşmaqdadır:

“Bir neçə gün öncə hökumət yenidən dizel yanacağının qiymətini hər litr üçün 10%, yəni, 10 qəpik qaldırdı. Son 1 ayda dünya bazarında “Brent” neftinin ortalama qiyməti 62 dollar olub, yəni, 2024-cü ilin iyun ayına nisbətən indi qiymət 20 dollar, hardasa, 25% daha ucuzdur.

Bir daha - 2024-cü ilin iyununda qiymət artanda hökumət dedi ki, dünyada neft bahalaşıb, başqa yol yoxdur, dizel qiyməti də bahalaşmalıdır, indi isə həmin dövrə görə neft 25% ucuzlaşıb, amma, hökumət dizelin qiymətini 10% yenə bahalaşdırıb”.

Ekspert vurğulayıb ki, dizelin qiymətindəki artım aqrar və yükdaşıma sektoruna təsirsiz ötüşməyəcək:

“Dizel yanacağı aqrar sektorda, yük daşımalarda ən vacib xərc maddəsidir, kənd təsərrüfatı mallarının istehsalının maya dəyərində dizel 30-40% (məhsul növündən asılı olaraq) paya malikdir. Yükdaşımaların maya dəyərində isə 20-25% dizelin payına düşür. Sadə sual - əgər dizel bahalaşırsa, o zaman aqrar sektor və yükdaşımalar da bahalaşacaqmı?! Bəli, bahalaşma qaçılmazdır. Yaxşı, ölkədə zatən örzaq qiymətləri durmadan artır, bunun üzərinə də dizel effekti gələcəksə, daha çox bahalaşacaq axı, elə deyil?! Hökumət inflyasiyanı niyə öz əli ilə sürətləndirir, nədən bahalaşmanı artırır?!”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Yanvar 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri