Icma.az
close
up
RU
Ət bazarı üçün bədbin proqnoz Daha böyük bahalaşma...

Ət bazarı üçün bədbin proqnoz Daha böyük bahalaşma...

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. “Agroexport”-un məlumatına görə, xüsusilə, quş əti bazarında Çindən göndərilən malların 25% artacağı, Braziliyadan quş əti ixracının isə Avropa Birliyi tərəfindən tətbiq edilən məhdudiyyətlər səbəbindən cəmi 1% artacağı gözlənilir.

Bundan başqa, Azərbaycanda ət idxalının artması, Gürcüstandan qoyun və keçi tədarükünün azalması heyvandarlıq sahəsində mövcud vəziyyəti və daxili bazarın təminat imkanlarını gündəmə gətirir. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 37,9 min ton ət idxal edilib. İdxalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,8%, dəyəri isə 17,9% artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə ölkənin ət idxalına çəkdiyi xərc 89,4 milyon ABŞ dolları təşkil edib. Bu məbləğ Azərbaycanın ümumi idxal xərclərinin 0,6%-nə bərabər olub.

Digər tərəfdən, bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 8,16 milyon ABŞ dolları dəyərində 2 946 ton qoyun və keçi ixrac edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40%, həcm baxımından isə 39% azdır. Ümumi ət idxalının artmasına baxmayaraq, qoyun və keçi tədarükünün azalması diqqət çəkir. Ölkədə qoyun və quzu sayının azalması da nəzərə alındıqda, bu vəziyyət yerli heyvandarlığın inkişafı, daxili bazarın ət təminatı və qiymətlərin formalaşması ilə bağlı suallar yaradır.

ABŞ-dən verilən proqnoz, eləcə də ümumi ət idxalı artsa da, qoyun və quzu tədarükünün azalması bazarda hansı dəyişikliklərə səbəb ola bilər? Ətin qiymətinin daha da bahalaşması gözlənilirmi?

"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb.

İqtisadçı bildirib ki, quş əti istehsalının 3 faiz artması əvvəlki illə müqayisədə satışın da artması deməkdir:"Bu, dünya bazarında quş ətinin qiymətinin əlverişli olması və Azərbaycana quş əti idxalı üçün əlavə imkanların yaranması ilə nəticələnə bilər. İstehsalın, təklifin və satışın artması, ümumiyyətlə, müsbət haldır. Amma 3 faizlik artım çox böyük həcm hesab olunmur. Əgər dünya bazarında qiymətlər əlverişli olarsa, idxalçılar quş əti idxalını artıra bilərlər. Digər tərəfdən, tələbatın artması və təklifin bu artıma uyğunlaşmaması qiymətlərin bahalaşmasına gətirib çıxara bilər. Əhalinin sayı artdıqca ərzaq məhsullarına, o cümlədən ətə tələbat da artır".

X.Kərimli Azərbaycanda ət idxalının fiziki həcminin təxminən 14 faiz, idxal dəyərinin isə 18 faiz artmasını da şərh edib: "Bu göstəriciləri düzgün şərh etmək üçün ilk növbədə hansı növ ətlərin idxal olunduğuna baxmaq lazımdır. Çünki ətin müxtəlif hissələrinin, məsələn, qabırğanın, budun, sümüklü və sümüksüz ətin qiymətləri fərqlidir. Əgər idxalın strukturu dəyişməyibsə və əvvəlki dövrlə müqayisədə eyni növ ətlər gətirilibsə, dəyərin fiziki həcmdən daha çox artması qiymətlərin yüksəldiyini göstərir. Bunun əsas izahlarından biri daxili bazarda qiymətlərin artması və idxalın sahibkarlar üçün daha sərfəli hala gəlməsidir. Əsas məqam idxalçının davranışıdır. Sahibkar məhsulu xaricdən gətirməzdən əvvəl hesablayır ki, onu hansı qiymətə alacaq, Azərbaycana gətirilməsi neçəyə başa gələcək və daxili bazarda satdıqda nə qədər mənfəət əldə edə biləcək. Yerli bazarda ətin qiymətinin artması idxal üçün daha əlverişli şərait yaradır. Məsələn, məhsulun maya dəyərinin əvvəl 14 manat, bazar qiymətinin isə 15 manat olduğunu fərz edək. Bu halda sahibkarın hər kiloqramdan 1 manatlıq qiymət fərqi yaranır. Əgər daxili bazarda qiymət 20 manata yüksələrsə, idxalçı yenidən hesablamalar aparır və məhsulu daha çox həcmdə gətirməyin sərfəli olub-olmadığını qiymətləndirir. Deməli, daxili bazarda qiymətlərin bahalaşması idxalın iqtisadi cəhətdən səmərəli olmasına şərait yaradır".

Ekspert Azərbaycana qoyun və keçi idxalının yalnız Gürcüstan istiqaməti üzrə qiymətləndirilməsinin düzgün nəticə çıxarmaq üçün kifayət etmədiyini bildirib: "Gürcüstanla qoyun-keçi ticarətinə gəldikdə isə, Azərbaycan bu heyvanları Gürcüstanla yanaşı, Dağıstandan və digər istiqamətlərdən də idxal edə bilər. Buna görə də yalnız Gürcüstandan idxalın azalmasına əsaslanaraq ümumi bazar haqqında fikir söyləmək mümkün deyil. Ola bilər ki, həmin dövrdə Rusiyadan və ya Mərkəzi Asiya ölkələrindən idxalın həcmi artıb. Məsələn, ötən il buğda daha çox Qazaxıstandan, cari ildə isə Rusiyadan gətirilə bilər. Lakin bazar üçün əsas məsələ məhsulun hansı ölkədən gətirilməsi deyil, onun ümumi həcmi, qiyməti və keyfiyyətidir. Əgər eyni keyfiyyətdə buğdadan söhbət gedirsə, tədarük ölkəsinin dəyişməsi özlüyündə bazarda ciddi dəyişiklik olduğunu göstərmir.Bu baxımdan, qoyun və keçi idxalını qiymətləndirərkən ən azı üç amil nəzərə alınmalıdır: birincisi, ölkədə nə qədər qoyun-quzu bazara çıxarılıb; ikincisi, digər ölkələrdən nə qədər idxal həyata keçirilib; üçüncüsü isə daxili bazarda ümumi təklif və tələbat hansı səviyyədədir. Yalnız bir ölkədən idxalın azalmasına əsaslanaraq bazarın vəziyyəti barədə dolğun nəticə çıxarmaq olmaz".

Ətin qiymətinin gələcək dinamikasına toxunan Xalid Kərimli uzunmüddətli perspektivdə bahalaşmanın davam edəcəyini düşünür. İqtisadçı bunu bir neçə amillə əlaqələndirib: "Birincisi, pulun alıcılıq qabiliyyəti azalır. İkincisi, ölkə əhalisinin sayı artır və bu, ətə olan ümumi tələbatı yüksəldir. Üçüncüsü, əhalinin maddi imkanları yaxşılaşdıqca qida rasionunda ətə tələbat da arta bilər.Dördüncü mühüm amil isə ət istehsalının maya dəyərinin yüksəlməsidir. Kənd təsərrüfatında işləmək istəyənlərin sayı azalır, insanlar daha çox şəhərlərə üz tutur, gənclər təhsil və iş dalınca xarici ölkələrə gedirlər. Nəticədə heyvandarlıqla məşğul olan insanların sayı və bu sahədə əmək resursları ilə bağlı çətinliklər arta bilər.Cəmiyyətdə hər kəs daha yaxşı şəraitdə yaşamaq, ali təhsil almaq və daha rahat işlərdə çalışmaq istəyir. Lakin digər tərəfdən, heyvandarlıq və kənd təsərrüfatı kimi fiziki əmək tələb edən sahələrdə işləyən insanlara da ehtiyac var. İnsanlar daha yaxşı həyat şəraiti arzulayır, amma tövlədə işləmək, heyvanlara qulluq etmək və bu işlərin gündəlik zəhmətini çəkmək istəyənlərin sayı azalır. Nəticədə, ət istehsalının maya dəyərinə təsir edən amillər aradan qalxmadıqca, tələbat artmaqda davam etdikcə və təklif bu artıma uyğunlaşmadıqca, ət qiymətlərinin yüksəlməsi ehtimalı qalacaq".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Oktyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see300

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see285

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see261

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see261

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see250

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see240

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see235

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see232

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see227

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see223

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see215

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see215

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see212

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see208

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see206

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see192

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri