Icma.az
close
up
RU
“Bahalı həyat həm bazarda, həm də insanların şüurunda formalaşır” ŞƏRH EDİLDİ

“Bahalı həyat həm bazarda, həm də insanların şüurunda formalaşır” ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Cəmiyyətdə tez-tez işlənən “bahalı həyat” ifadəsi təkcə qiymətlərin artması ilə izah olunan bir anlayış deyil. Bu termin həm real iqtisadi prosesləri, həm də insanların psixoloji qavrayışlarını özündə birləşdirən daha kompleks bir fenomeni ifadə edir. İlk baxışdan bahalılıq daha çox rəsmi inflyasiya göstəriciləri, gəlir səviyyələri və yaşayış xərcləri ilə əlaqələndirilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, son illərdə ərzaq məhsullarında, enerji resurslarında, daşınmaz əmlak və kirayə sektorunda baş verən qiymət artımları bir çox ailələr üçün real xərclərin yüksəlməsinə səbəb olub: "Xüsusilə də şəhər mühitində yaşayanlar üçün gündəlik istehlak səbətinin daha bahalı olması bu anlayışın iqtisadi tərəfini daha da görünən edir. Lakin bahalı həyatın yalnız iqtisadi tərəfi ilə məhdudlaşması doğru yanaşma deyil. Psixoloji və sosial faktorlar bu prosesdə bəzən daha güclü rol oynayır. İnsanlar artıq öz iqtisadi vəziyyətini yalnız gəlirləri və xərcləri ilə deyil, həm də ətrafdakı insanlarla müqayisə etməklə dəyərləndirirlər. Sosial media bunun ən bariz nümunəsidir: burada nümayiş olunan istehlak standartları, lüks həyat tərzi və yüksək gözləntilər fərdlərin öz həyatlarını daha bahalı hiss etmələrinə gətirib çıxarır. Beləliklə, “bahalı həyat” anlayışı bəzən fiziki qiymət artımından çox psixoloji təzyiqlərin təsiri ilə formalaşır.

Gözləntilərin yüksəlməsi də bahalı həyat hissinin yaranmasında mühüm rol oynayır. İnsanların əvvəl “lazımlı” hesab etmədiyi xidmət və məhsullar zaman keçdikcə “normal” və “olmazsa olmaz” kateqoriyasına keçir. Məsələn, şəxsi avtomobil, xarici səyahət, brend məhsullar, kafe və restoran mədəniyyəti, texnoloji yeniliklər və fərdi inkişaf xərcləri artıq təməl ehtiyac kateqoriyasına yaxınlaşır. Bu, həm xərcləri artırır, həm də insanların öz maddi vəziyyətini qiymətləndirmə səviyyəsini dəyişir. Bütün bu səbəblərdən “bahalı həyat” həm real, həm də subyektiv bir anlayışdır. Real qiymət artımı insanları maddi olaraq sıxdığı halda, psixoloji gözləntilər və sosial müqayisə bu sıxıntının miqyasını böyüdür. Yəni bahalılıq təkcə bazarda ölçülmür, həm də insanların şüurunda formalaşır. Bu səbəbdən iqtisadçılar bu anlayışı həm makroiqtisadi, həm sosial, həm də davranış yönümlü tərəfləri ilə qiymətləndirməlidirlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:262
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Yanvar 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri