Icma.az
close
up
RU
Bahalı həyat tərzi psixoloji yük yaradır SOSİOLOQ DANIŞDI

Bahalı həyat tərzi psixoloji yük yaradır SOSİOLOQ DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Bahalı həyat tərzi sosial təzyiq yaradır, həm də bizim düşündüyümüzdən daha mübahisəli dərəcədə təsir göstərir. İnsan təbiəti etibarilə özünü hər zaman başqaları ilə müqayisə edir". Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, müasir dövrün insanları olaraq hər birimiz sosial şəbəkələrdən istifadə edirik: " Sosial mediada lüks evlərin, bahalı maşınların, dəbdəbəli istirahətlərin nümayişi normaya çevrildikcə, orta gəlirli insanlarda “geridə qalmışam” hissi yaranır. Bu hiss isə daxili narahatlıq və özünə dəyər itkisinə səbəb olur.

Hər kəsin gözüylə gördüyü “status nümayişi” bahalı həyat tərzini tədricən ehtiyac yox, status göstəricisi kimi qəbul etdirir. Bu halda insanlar imkanlarından artıq xərcləməyə, kreditlə yaşamağa və real imkanlarını gizlətməyə məcbur qalırlar. Artıq bu, sosial yox, psixoloji yükə çevrilir. Xüsusilə bunun gənclər üzərində təsiri daha acınacaqlıdır. Bəzi mənəvi cəhətdən özgüvənli, özünə inamı az olan gənclər isə “Dəyərli olmaq üçün bahalı yaşamalısan” düşüncəsini formalaşdırırlar.

Bu zaman qarşımızda zəhməti, biliyi və mənəvi dəyərləri arxa plana keçirən, səbrsiz və tez nəticə istəyən bir nəsil formalaşır. Bu isə ailədə və ailədaxili münasibətlərdə böyük gərginlik yaradır. Bahalı həyat gözləntisi digər fəsadlara da yol açır: evlilik qərarlarını gecikdirir, ailə daxili mübahisələri artırır və həyatı “başqasının həyatına çatmaq” yarışına çevirir.

Cəmiyyətdə yaranan bu süni norma, yəni lüks həyat tərzi, media və sosial şəbəkələr vasitəsilə hamıya norma kimi təqdim olunur. Nəticə etibarilə sadə və balanslı həyat “uğursuzluq” kimi qavranılır. Problem isə bahalı yaşamaq deyil, bahalı yaşamağın yeganə “uğur modeli” kimi təqdim olunmasıdır. Cəmiyyətin sağlam qalması üçün dəyərlər maddi göstəricilərlə deyil, mənəvi və sosial ölçülərlə tanınmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri