Icma.az
close
up
RU
“Beynəlxalq tədbirlər gələcək əməkdaşlıqlara zəmin yaradır“ SOSİOLOQ DANIŞDI

“Beynəlxalq tədbirlər gələcək əməkdaşlıqlara zəmin yaradır“ SOSİOLOQ DANIŞDI

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bir ölkənin həyatında baş verən proseslər sözsüz şəkildə cəmiyyətə və ictimaiyyətə böyük təsir göstərir. Qabaqcıl ölkələrdə cəmiyyətin ən elit təbəqəsindən tutmuş aşağı təbəqəsinə qədər bu təsir hiss olunur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, Azərbaycan da belə ölkələrdəndir: “Avropa ilə Asiyanın, Şərq ilə Qərbin, müsəlman və xristian dünyasının qovuşduğu bir məkan kimi Azərbaycan hər zaman beynəlxalq tədbirlərin keçirilməsi üçün mühüm bir mərkəz olub. Azərbaycanda keçirilən belə tədbirlər həm siyasi baxımdan əhəmiyyətlidir, həm də ölkənin tanıdılması, iqtisadi vəziyyətinə müsbət təsir göstərməsi baxımından böyük rola malikdir. Ən önəmlisi isə daxili və xarici turizmin inkişafına şərait yaradır, ölkəyə əcnəbi turistlərin axınına səbəb olur ki, bu da Azərbaycan üçün mühüm hadisələrdən sayılır.

Bəzən vətəndaşlar bu tədbirlərin nə üçün keçirildiyini anlamaya bilərlər. Məsələn, “Formula-1” yarışlarının Bakıda keçirilməsinin səbəbi və əhəmiyyəti bəzilərinə aydın olmaya bilər. Amma bu yarışlar turizm sektorunun, xidmət sahəsinin və hətta kənd təsərrüfatının inkişafına böyük təsir göstərir.

Azərbaycana gələn turistlər təkcə yarışları izləmək üçün yox, eyni zamanda ölkəni tanımaq, mədəniyyəti ilə tanış olmaq və burada xidmətlərdən yararlanmaq üçün gəlirlər. Bu isə sahibkarlar, işçilər, restoran və otel şəbəkələri üçün əlavə imkanlar deməkdir.

Bu tədbirlər yeni iş yerlərinin açılmasına, yeni imkanların yaranmasına, yerli əhalinin əcnəbilərlə əlaqələrinin genişlənməsinə və gələcək əməkdaşlıqlara zəmin yaradır. Cəmiyyətin bu tədbirlərin əhəmiyyətini başa düşməsi üçün daim maarifləndirmə işləri aparılmalıdır.

Bu işdə media orqanlarının üzərinə də böyük məsuliyyət düşür. Təəssüf ki, bəzən Azərbaycanda keçirilən tədbirlər zamanı xarici media mütəxəssisləri və bloggerlər dəvət olunsa da, yerli mütəxəssislər və ictimaiyyətlə birbaşa əlaqə quran şəxslərdən az istifadə olunur.

Təkcə mədəni və qeyri-kommersiya xarakterli tədbirlər deyil, idman yarışları da Azərbaycanın iqtisadiyyatına və vətəndaşlarına birbaşa və dolayı yolla təsir edir. Məsələn, “Formula-1” yarışmasının Bakı mərhələsi, Avropa Oyunları, "Avroviziya", İslam Həmrəyliyi Oyunları kimi tədbirlər bu qəbildəndir. Bu cür tədbirlər otelçilikdən tutmuş nəqliyyat və logistika imkanlarına, restoran və xidmət sahələrinə qədər bir çox sektoru hərəkətə gətirir. Müştərilər, işçilər, sahibkarlar və turistlər arasında yeni əlaqələr qurulur, iqtisadi mexanizm işə düşür və nəticədə ölkə qazanır, cəmiyyət isə bu müsbət təsirləri hiss edir. Lakin bu tədbirlərin əsl mahiyyəti öncədən cəmiyyətə geniş şəkildə açıqlanmalıdır. Bu məqsədlə ənənəvi media vasitələri (radio, televizor, qəzet), internet saytları, xəbər portalları və yeni media (bloggerlər, tiktokerlər, youtuberlər və s.) vasitəsilə məlumatlandırma aparılmalıdır. Həmçinin qeyri-hökumət təşkilatları və ictimai birliklər vasitəsilə də bu məlumatlar birbaşa ictimaiyyətə çatdırıla bilər.

Qeyd etmək lazımdır ki, könüllülük hərəkatı bu sahədə çox uğurla fəaliyyət göstərir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə yerli və xarici könüllülər geniş şəkildə iştirak edir. Bu isə cəmiyyətlə əlaqələrin qurulmasında mühüm rol oynayır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri