Icma.az
close
up
RU
Bahalı qatar, məcburi yemək...Bu, ictimai nəqliyyatdır yoxsa turpaket?

Bahalı qatar, məcburi yemək...Bu, ictimai nəqliyyatdır yoxsa turpaket?

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Azərbaycan Dəmiryolları” QSC-nın son qiymət siyasətini tənqid edib. 

AzPost O.Gündüzün mövqeyini təqdim edir:

ADY qatarla sərnişindaşımada qiymətlərin yüksək olmasına aydınlıq gətirib.

Belə anladım ki, bizim tərəfimizdən “qatar bileti 150 manatdır” açıqlamasına aydınlıq gətirmək istəyib.

Əslində qurumun mövcud vəziyyəti izah edən açıqlaması çox faydalıdır və təqdirəlayiqdir.

Sadəcə, bunu öncədən etmək, yalnız nəzəri cəhətdən mövcud olan ən ucuz qiyməti deyil, bütün qiymətləri açıqlayıb, normal kommunikasiya qurulsaydı, bəlkə də bu tip açıqlamalara ehtiyac qalmazdı.

ADY açıqlamasında qiymətlərin yüksək olmasını “dinamik”, “komfort”, “VIP zal”, “dünya təcrübəsi”, “endirim” müddəaları ilə izah etməyə çalışıb.

Qurum yüksək qiymətlərə aydınlıq gətirən açıqlamasında Avropa, Rusiya, Belarus təcrübəsinə istinad edib. Dərhal xatırlatmaq istərdim ki, həmin ölkələrin təcrübəsində qatara biletin qiymətini artırmaq üçün zorla yemək paketi təqdim etmək deyə absurd bir şey nəzərdə tutulmur.

Yerli vətəndaşlar üçün bunun zorla, seçim olmadan verilməsini yalnız qiymət artımına şərait yaratmaq kimi dəyərləndirmək olardı. Turistlər üçün seçimsiz olaraq belə bir imkanı vermək bəlkə də ağlabatan olardı.

Eyni zamanda orta əmək haqlarının yüksək olduğu Avropa ilə müqayisənin mahiyyətini də anlaya bilmədim.

Qatarla sərnişindaşıma gündəlik istifadə olunan ictimai bir minik növüdür. Onu “komfort”, elit bir formaya salmaqla süni qiymət artımı yaratmaq doğru bir hal deyil. Niyə qatarla sərnişindaşımaq kimi ictimai nəqliyyat vasitəsi bahalı turizm xidmətinə çevrilməlidir. Burada “30 gün əvvəl al ucuz olsun” demək ağlabatan bir məntiq deyil.

Xatırladıram ki, mövcud qiymətlər əvvəlkilərdən 2-3-4 dəfə yüksəkdir.

Əvvəllər Balakənə SV (biznes) 22.5 manat olub. İndi 88 manatdır. Əvvəllər kupe (Standart+) 13 manat olub, hazırda 33 manatdır, plaskart(Standart) 10 manat olub hazırda 20 manatdan çoxdur.

ADY fərqində olmalıdır ki, 150 manata gündəlik sərnişindaşımaya qiymət müəyyənləşməsi, SV-nin 4 dəfə bahalaşdırılması, gündəlik ehtiyac üçün qatardan istifadə edən insan üçün 30-40-50 manta adi kupeyə bilet təklif etmək heç bir halda normal deyil.

Yeri gəlmişkən, mən bir neçə dəfə monitorinq etdim, Bakı-Balakən qatarının doluluq səviyyəsi heç 50%-ə çatmadı. Bu , məhz qiymətlərin baha olması ilə birbaşa bağlıdır. Əgər ADY -də doluluqla bağlı ayrı rəqəmlər varsa, buyursun ağlabatan formada açıqlasın.

Bir daha vurğulamaq istərdim.

5-6 il fəaliyyəti dayanan ölkədaxili qatarların fəaliyyətinin bərpa edilməsi istiqamətində ADY-nin səyləri nə qədər təqdirəlayiqdirsə, təklif olunan qiymətlər bir qədər məqbul deyil.

ADY-nin sosial funksiyasının bərpa edilməsi, məcburi xidmətlərin ləğv olunması, bilet qiymətlərinin də əlçatan edilməsi doğru olardı. Anlayıram ki ADY əsas pulu yük daşımadan qazanır. Ondan qazandığı ilə İNSANLARI daşımağı qaydaya salmaq istəyir. Təbii ki bu sahə də rentabelli deyil.

Amma bu o demək deyil ki, rentabelli etmək üçün mütləq qiymətlər yüksək olmalıdr.

Əminəm ki bunun daha ağlabatan yollarını da bilməmiş deyillər.

Ümid edirəm, ADY, AZCON , hökumət dəmiryolu ilə sərnişindaşımada daha əlçatan qiymətlər üçün birgə səy göstərəcəklər.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 İyun 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri