Icma.az
close
up
RU
Bahalı şəhərin sakinləri nə üçün gəmilərdə yaşayırlar? Oralar necədir?

Bahalı şəhərin sakinləri nə üçün gəmilərdə yaşayırlar? Oralar necədir?

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

Bahalı şəhərin sakinləri nə üçün gəmilərdə yaşayırlar? - Oralar necədir?

"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 4 374 kilometr uzaqda yerləşən, 1922-ci ildə müstəqilliyini elan edən İrlandiyanın paytaxtı Dublin şəhərindən bəhs olunub. Dublin dünyanın ən bahalı şəhərlərindəndir.

Bu şəhərdə kirayə ev üçün ödəniləcək minimum məbləğ 1 000 avro, bizim pulla 1 787 manatdır. Amma bu məbləği ödəmək üçün kirayənişinlərlə birlikdə qalmaq lazımdır. Evdə tək yaşamaq istəyənlər isə 2 500-4 000 avro ödəməlidirlər. Bu isə 4 469-7 151 manat civarındadır. Dublində yaxşı səmtdə 2 otaqlı evlərin qiyməti 400 min avro, yəni 715 152 manatdır.

Dublin əhalisi evlərin və kirayə qiymətlərinin baha olmasına görə alternativ seçim tapıblar. Belə ki, bu şəhər İrland dənizi körfəzində yerləşir və buradan Liffey çayı axır. İnsanlar alternativ yaşayış yeri kimi gəmilərdən istifadə edirlər. Burada yükdaşıyan gəmiləri ev kimi döşəyib yaşayanlar az deyil. Elektrik enerjisini isə günəş batareyalarından alırlar.

Sözügedən yaşayış yerinin qiyməti isə 10 min avrodan 250 min avroya qədər ola bilir. Bu bizim pulla 17 878-446 970 manat civarındadır. Burada nikah elə də vacib hesab olunmur. İllərlə birlikdə yaşayan, övladları olan cütlüklər belə münasibətlərini rəsmiləşdirməyə tələsmirlər. Dublində 15 il birlikdə yaşayıb nikah bağlamayan insanlar var.

Boşanmaq üçün isə üç il tamamilə ayrı yaşamaq lazımdır və məhkəməyə bununla bağlı dəlillər təqdim olunmalıdır. Maraqlıdır ki, Dublində evlər və kirayə çox baha olduğuna görə cütlüklər artıq münasibətdə olmasalar da, bir evdə yaşamağa davam edir, sadəcə çarpayılarını ayırırlar. Belə olduqda isə rəsmi boşanmaq mümkün olmur. Elə bu səbəbdən də irlandiyalılar çox zaman nikaha daxil olmadan uzun müddət birlikdə yaşayırlar.(oxu.az)


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 01 Dekabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri