Bahalı telefon marağının arxasında nə dayanır: Trend, yoxsa həqiqi ehtiyac?
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bu, artıq bir trendə çevrilib: insanlar statuslarını göstərmək üçün bahalı telefonlar alırlar. Çox vaxt bu telefonların funksiyalarına heç ehtiyacları olmur. Məsələn, adi bir mühəndisin və ya sıravi bir insanın bahalı telefona ehtiyacı yoxdur".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
O, bildirib ki, əsasən qadınlar bu cür alış-verişlərə meyllidirlər:
"Əslində, hər hansı bir əşyaya pul verəndə özümüzə sual verməliyik, "mən onu tam istifadə edə biləcəyəmmi?” və “verdiyim pulun qarşılığını alacağammı?”. Qidaya pul vermək məntiqlidir, çünki orqanizm üçün vacibdir, amma əşyalar bu qədər vacib deyil".
Sosioloq qeyd edib ki, onun telefonu cəmi 186 manata başa gəlib:
"6GB RAM və 50 MP kamera var, amma mənə tam kifayət edir. İnanmıram ki, Bakıda güclü kamerası və bahalı telefonu olan insanların əksəriyyətinin buna həqiqi ehtiyacı olsun. Onlar nə film çəkirlər, nə də ciddi layihələrdə istifadə edirlər. Statistika kimi, 99% insan telefonun kamerasını ancaq gündəlik çəkilişlər üçün işlədir. Bu, sadəcə insanların göz önündə “status” göstərmək istəyidir – yəni “məndə də var” düşüncəsidir, vəssalam".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bahalı telefon həvəsi: Ehtiyac, yoxsa trend?
01 Oktyabr 2025 23:39
Bahalı telefon, ucuz münasibət
27 İyun 2025 14:32
Qadinlar nə istəyir? ucuz, yoxsa bahalı
07 Mart 2025 10:19
Azərbaycanda bahalı telefon nömrələri satışa çıxarıldı SİYAHI
23 May 2025 10:51
Müğənni bahalı telefon üçün dənizə girdi FOTO
14 Noyabr 2025 17:07
Baxış sayı:107
Bu xəbər 02 Oktyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları