Icma.az
close
up
RU
Villa, bahalı maşın, son model telefon... Bunların arxasında nə dayanır?

Villa, bahalı maşın, son model telefon... Bunların arxasında nə dayanır?

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bahalı telefonun qutusunu açıb kameraya göstərmək, yeni avtomobili ilə görüntülər paylaşmaq, villadan və bağ evindən video çəkmək...

Sosial şəbəkələrdə dəbdəbəli həyat görüntüləri artıq adi hala çevrilib. Xüsusilə bəzi müğənnilər və şou-biznes nümayəndələri aldıqları ən son model telefonları, bahalı avtomobilləri və dəbdəbəli evlərini izləyicilərinə nümayiş etdirirlər.

Amma bu tendensiya yalnız tanınmışlarla məhdudlaşmır. Adi vətəndaşlar arasında da imkanından baha telefon alan, kreditə avtomobil götürən və bunu sosial şəbəkədə nümayiş etdirənlər az deyil. pizza hut

Bəs insan niyə maddi imkanından kənara çıxaraq daha varlı görünməyə çalışır?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan psixoloq Samirə Bağırova bildirib ki, bunun əsas səbəblərindən biri insanın özünə verdiyi dəyərin aşağı olmasıdır:

“Bu mövzuda əsas sual budur: insan niyə imkanından baha görünməyə  çalışır?

Birinci səbəb özünədəyərin aşağı olmasıdır. İnsan öz dəyərini daxili xüsusiyyətlərindən çox, başqalarının ona münasibəti ilə ölçür. Maddi əşyaları həmin dəyərin “sübutu” kimi istifadə edir. 

İkinci səbəb status ehtiyacıdır. Bahalı telefon, avtomobil və ev bəzən “mənim imkanım var”, “mən də uğurluyam” mesajını vermək və başqaları tərəfindən təsdiq almaq, qəbullanmaq istəyir”.

Psixoloq vurğulayıb ki, belə paylaşımları izləyən insanların motivləri də fərqli olur:

“Üçüncü səbəb isə insan olmaq istədiyi şəxsin obrazını  əvvəlcə maddi əşyalar vasitəsilə qurur. Burda artıq əşya ilə kimlik yaratmağa çalışır və əşya “mən kiməm” sualını insanlar üçün cavaba çevirir.

Məsələ burasındadır ki, insan varlı olduğu üçün bahalı şeyləri göstərmir, özünü varlı hiss etmək üçün bahalı əşyalara ehtiyac duyur. Sosial şəbəkə isə bu hissi təsdiq edən bir vasitədir. İzləyicilər isə özünü həmin həyatın içində təsəvvür edənlər, sosial statusa heyranlıq keçirənlər, özünü müqayisə edənlər, xəyalən öz gündəlik həyatından qısa müddətlik  başqa, daha dəbdəbəli dünyaya keçid edənlərdir. Paradoks olaraq hər iki tərəf illuziya dünyasında yaşayanlardır”.

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Oktyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri