Icma.az
close
up
RU
Bahalığa görə internetdən imtina halları artıb: Distant təhsilin necə baş tutacağı bilinmir

Bahalığa görə internetdən imtina halları artıb: Distant təhsilin necə baş tutacağı bilinmir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Birneçə gün sonra internetin bahalaşmasının üç ayı tamam olacaq. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi araşdırmaya başlamışdı. “Aztelekom”a qarşı əsassız tarif ittihamı ilə iş qaldırılmışdı. Amma bundan xəbər yoxdur. Bölgələrdə, ucqar kəndlərdə yaşayan sakinləri ən azı 25 manat ödəməyə məcbur edirlər. Buna görə də bahalığa görə internetdən imtina halları artıb.

Bizimyol.info xəbər verir ki, şərikli istifadə metodu geniş yayılmağa başlayıb. Bölgələrdə qonşular məbləği yarı bölməklə internetdən birgə istifadə üsuluna əl atmalı olur. Çünki əhali üçün tarif heç əlverişli deyil.

Paytaxtda da narazılıq edənlər çoxdur. Kabel televiziyası haqqı ilə birlikdə ayda 32-35 manat ödəmək lazım gəlir. Real gəlirlərin azalması fonunda məbləğ insanlar üçün ciddi yükə çevrilir. Üstəlik, vəd olunan internet sürəti verilmir. Bununla bağlı şikayətlərin sayı-hesabı yoxdur. İstifadəçilər haqlarının pozulduğunu düşünür.

COP 29 günlərində başqa problem də qabarıq görünür. Distant təhsilin necə baş tutacağı bilinmir. Xüsusilə, paytaxtda yerləşən universitetlərdə təhsil onlayn formatda keçiriləcək. Amma bununla bağlı konkret format yoxdur. İnternet imkanları da tarif dəyişikliyindən sonra daha çox məhdudlaşıb. Tələbələr üçün şərtlər çətinləşib. Hər hansı güzəştdən danışılmır.

Təhsil haqqında qanunda distant təhsillə bağlı qaydalar yer alıb. Amma 15 ildir konkret formata keçid müşahidə edilmir. Lazım gələndə müəyyən müddət dərslərin distant şəkildə keçiriləcəyi bildirilir, sonra məsələ yenə arxa plana keçir. Distant formatda nə tələbə qəbulu həyata keçirilməsinə imkan verilir, nə də diplomların tanınmasına.

Yəqin pandemiya günlərini xatırlayırsınız. Guya distant təhsil formatına keçilmişdi, amma kəndlərdə uşaqlar internetin nə olduğunu bilmirdi. Bizim ölkədə bütün vacib işlər kağız üzərində həyata keçirilir. Olmaz ki, internet tarifi bahalaşdırılanda ciddi araşdırılma aparılsın, əhalinin gəlirləri nəzərə alınsın? Beş-on kənddəki vəziyyəti analiz etmək yetərdi ki, bahalaşma addımı atılmasın. Distant təhsil də belə. Kəndlərdə əksəriyyətin interneti yoxdur. Yeni xətlər çəkilib, lakin hamının məbləği ödəməyə gücü çatmır. Hələ internetsiz qalan kəndlərdən danışmırıq. Universitet tələbələri COP 29 günlərində evlərinə dağılışacaq. Dərslərə necə qoşulacaqlar? Suala cavab verən yoxdur. Plansız iş görməyin axırı belə olur.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Noyabr 2024 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri