Icma.az
close
up
RU
Bahar Muradova: Ailə institutu ilə bağlı məsələlər bu gün dünyada ciddi aktuallıq kəsb edir

Bahar Muradova: Ailə institutu ilə bağlı məsələlər bu gün dünyada ciddi aktuallıq kəsb edir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 11 iyun, AZƏRTAC

Ailə institutu ilə bağlı məsələlər bu gün dünyada ciddi aktuallıq kəsb edir. Bu, Bakıda işə başlayan "Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər" adlı tədbir zamanı çıxışlarda açıq şəkildə vurğulandı, həm də bizim gündəlik fəaliyyətimiz zamanı ortaya çıxan çoxsaylı problemlərdə özünü göstərməkdədir. Qarşılaşdığımız çətinliklərin aradan qaldırılması, müxtəlif ölkələrdəki ümumi vəziyyətin təhlili və Türk dünyasında ailə institutunun durumu xüsusi diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, tədbirdə müzakirələr zamanı ailə dəyərlərinin qorunması, inkişafın müxtəlif istiqamətlərdə ailə həyatına təsiri, bu təsirlərin nəticələri, ailələrin üzləşdiyi çağırışlar və onların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılır. Eyni zamanda, ailə institutunu təhdid edən təhlükələrin qarşısının alınması, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və səylərin birləşdirilməsi məsələləri də gündəmdədir.

Komitə sədri bildirib ki, indiyədək həm Türkiyənin ev sahibliyi etdiyi tədbirlərdə, həm də nazirlərin ilk iclasında bu məsələlər ətraflı şəkildə müzakirə olunub: "Hazırda isə konkret istiqamətlər üzrə daha dərin və praktik müzakirə mərhələsinə keçid edilir. Dünyanı təhdid edən bir sıra təhlükələr ətrafında aparılacaq geniş fikir mübadiləsi nəticəsində müxtəlif ölkələrdə mövcud olan müsbət təcrübələrin öyrənilməsi, onların bir araya gətirilməsi və ortaq hədəflər naminə, ortaq dəyərlərin qorunması məqsədilə səylərin birləşdirilməsi istiqamətində mühüm addımlar atılacaq. Tədbirin yekununda səsləndirilən fikirləri, qarşıya qoyulan hədəflərə uyğun fəaliyyət istiqamətlərini, tövsiyələri və nəticələri özündə əks etdirən birgə kommunike qəbul olunacaq və bu sənəd ictimaiyyətə açıqlanacaq. Həmin kommunikedə nəzərdə tutulan məsələlər isə gələcəkdə bizim fəaliyyət planımıza daxil ediləcək və davamlı şəkildə icra olunacaq", - deyə komitə sədri diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri