Icma.az
close
up
RU
Bahar Muradova: Ailə Konsepsiyasını ilin sonuna qədər hazır etməyə çalışacağıq

Bahar Muradova: Ailə Konsepsiyasını ilin sonuna qədər hazır etməyə çalışacağıq

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

"Çalışacağıq ki, Ailə Konsepsiyası ilin sonuna qədər hazır olsun".

BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova bu gün Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, bu, olduqca mürəkkəb sənəddir:

"Ailə Konsepsiyasını hazırlayarkən dünya təcrübəsini öyrənməyə çalışdıq. Bəzi ölkələr istisna olmaqla, əksər dövlətlərdə bununla bağlı sənəd yoxdur. Daha əvvəl müəyyən xalqlar və dövlətlər sözügedən konsepsiyaya ehtiyac duymayıb. Ancaq hazırda dünyada gedən proseslər, xüsusilə milli və ənənəvi dəyərlərin aşınması, milli identikliyə olan təhlükələrin genişləndiyi və hər cür təzyiqlərin olması bir çoxlarımızın düşünməyə vadar etdi. Bilirsiniz ki, biz milli kimliyinə, tarixinə, bağlı xalqıq. Ona görə də sənədin qəbulu vacibdir".

B.Muradova bildirib ki, hazırkı ənənələri gələcək nəsillərə də ötürməliyik.

"Nə qədər müasir cəmiyyətə qovuşsaq da, yeniliklərin, inkişafın gözəl nəticələri olsa da, biz bu inkişaf yolunu milli kimliyimiz, dəyərlərimiz, mədəniyyətimiz və tariximiz üzərindən keçməliyik. Babalarımızdan aldığımız irsi gələcək nəsillərə ötürməyi təmin etməliyik. Bu baxımdan konsepsiyanın qəbulu çox vacibdir və Dövlət Komitəsi bu yöndə xeyli iş görüb. Sənədin hazırlaması prosesində vətəndaş cəmiyyəti nümayəndələrinin, ziyalıların, bu sahə üzrə mütəxəssislərin rəyini öyrənmək üçün görüşlər keçirmiş, təkliflərini və rəylərini öyrənmişik. Həmçinin digər dövlət qurumlarının öhdəlikləri və təklifləri öyrənilməkdədir. Hazırda işçi qrupu fəaliyyət göstərir və ölkədə ailə siyasətini təmin edən əlaqədar orqanlar prosesə cəlb olunublar. Vaxtaşırı görüşlərimiz olur. Sənəd yekunlaşdıqdan sonra qurumlardan rəy alıb aidiyyatı üzrə təhvil verəcəyik", - o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 May 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri