Icma.az
close
up
RU
Bahar Muradova: Azərbaycan mediası öz peşəkarlığı cəmiyyətin etimadını qazanıb

Bahar Muradova: Azərbaycan mediası öz peşəkarlığı cəmiyyətin etimadını qazanıb

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli jurnalistlər, media nümayəndələri! Sizi 22 İyul – Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, milli jurnalistikamızın inkişafında əvəzsiz rol oynayan bütün media əhlinə möhkəm cansağlığı, peşəkar fəaliyyətinizdə uğurlar və davamlı ilham arzulayıram!
Azərbaycan mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə milli oyanışın, maarifçiliyin və xalqla səmimi dialoqun təməlini qoymuşdur. Bu gün isə mətbuatımız çağdaş dövrün tələblərinə cavab verən güclü informasiya institutuna çevrilərək həm milli kimliyin, həm də müasirliyin təbliğində və qorunmasında əvəzsiz rol oynayır.
Media nümayəndələri xalqımızın müqəddəs dəyərlərinin, milli-mənəvi irsinin, ailə institutunun və dövlətçilik prinsiplərinin qorunması naminə ön cəbhədə çalışan fikir əsgərləridir.
Xüsusilə də ailə dəyərlərinin möhkəmləndirilməsi, gənclərin sağlam ruhda formalaşması və ənənəvi identikliyimizin yaşadılması istiqamətində media üzərinə böyük məsuliyyət düşür.
Dövlətimizin bu sahəyə verdiyi yüksək önəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ailə institutunun gücləndirilməsi və dəyərlərimizin təbliği istiqamətində həyata keçirilən ardıcıl siyasətdə də aydın şəkildə öz əksini tapır.
Mətbuat həm də milli maraqlarımızın qorunmasında, informasiya təhlükəsizliyinin təminində və ictimai-siyasi proseslərin balanslı şəkildə işıqlandırılmasında mühüm vasitədir.
44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə Azərbaycan mediası öz peşəkarlığı və milli mövqeyi ilə cəmiyyətin etimadını qazanmışdır. Ənənəyə sadiq qalaraq bu il də Prezident İlham Əliyev media nümayəndələrinin bir qismini orden və medallarla təltif etmişdir.
Bu sərəncam, dövlət başçısının milli mətbuata göstərdiyi diqqət və etimadın parlaq təzahürüdür. Bu həm də jurnalistikanın cəmiyyət üçün necə dəyərli və zəruri bir sahə olduğunun dövlət səviyyəsində təsdiqidir.
Gələcəkdə də Azərbaycan mediasının əsas vəzifələri – qlobal informasiya axınında milli mövqeləri qorumaq, milli-mənəvi dəyərləri yaşatmaq, vətəndaş cəmiyyətinin formalaşmasına dəstək vermək və beynəlxalq informasiya məkanında ölkəmizin həqiqətlərini dünyaya çatdırmaq olacaqdır.
Bir daha sizi bu əlamətdar gün münasibətilə təbrik edir, Vətənə, dövlətə və cəmiyyətə xidmət yolunda möhkəm iradə, peşə fəaliyyətinizdə daimi uğurlar arzulayıram! Milli Mətbuat Gününüz mübarək olsun!".
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 İyul 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri