Bahar Muradova Azərbaycanın BMT fəaliyyətindən danışdı
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan beynəlxalq platformalarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində aktiv fəaliyyətdədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı" təqdim edərkən deyib.
Sədr qeyd edib ki, ölkəmizin BMT strukturları, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Türk Dövlətləri Təşkilatı çərçivəsindəki səmərəli addımları, xüsusilə BMT-nin Qadınların Statusu üzrə Komissiyasının (QSK) sessiyalarında fəal iştirakı çoxtərəfli əməkdaşlığı stimullaşdırır.
Vurğulanıb ki, bu platformalar çərçivəsində gender bərabərliyi sahəsində Azərbaycanın əldə etdiyi müsbət və uğurlu təcrübə qlobal miqyasda uğurla təqdim olunur.
Çıxışda həmçinin qeyd edilib ki, gender bərabərliyi məsələlərinin qlobal inkişaf gündəliyində tutduğu vacib yer milli səviyyədə həyata keçirilən dövlət siyasətinin beynəlxalq çağırışlarla tam uzlaşdığını bir daha təsdiq edir.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 26 May 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















