“Azərbaycanın multikultural dəyərləri dünyaya nümunədir” Bahar Muradova
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycanın multikultural dəyərləri dünyaya nümunədir".
Metbuat.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu fikirləri “Fərqliliyin Rəngi” festivalında çıxışı zamanı səsləndirib.
B.Muradova bildirib: “İnanıram ki, bu festival təkcə paytaxtda deyil, Azərbaycanın digər bölgələrində də keçiriləcək”.
O həmçinin qeyd edib ki, Azərbaycana müxtəlif vaxtlarda gələn və burada məskunlaşan insanlar dini inanclarından, siyasi görüşlərindən və mədəniyyətlərindən asılı olmayaraq bir dəyər ətrafında birləşiblər:
“Bu birliyimiz olmasa, müstəqil dövlət qurmaq mümkün olmazdı. Dövlətimizin müstəqilliyini qorumaq və inkişaf etdirmək üçün xalqın iradəsi və həmrəyliyi əsasdır”.
Gülbəniz Hüseynli / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 05 Noyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















