Icma.az
close
up
RU
Bahar Muradova BMT də TDT adından bəyanatla çıxış edib

Bahar Muradova BMT də TDT adından bəyanatla çıxış edib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nyu-Yorkda keçirilən BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyasının ümumi müzakirələri çərçivəsində Türk Dövlətləri Təşkilatı adından bəyanatla çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, təşkilata üzv ölkələr Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Azərbaycan əsas insan hüquqlarına, insan ləyaqətinə, qadın və kişilərin bərabər hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər.

Komitə sədri qeyd edib ki, bu prinsiplər BMT nizamnaməsində də öz əksini tapır və üzv dövlətləri bu istiqamətdə davamlı və məqsədyönlü addımlar atmağa çağırır. Təşkilata üzv ölkələr qadın və qızların hüquqlarının tam təmin olunması istiqamətində öhdəliklərinə sadiqdir və bu baxımdan “Pekin Bəyannaməsi və Fəaliyyət Platforması” sənədinin məqsəd və hədəflərini dəstəkləyir. Qadın və qızların hüquqları bütün insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir.

Sessiyanın əsas mövzusu olan qadın və qızların ədalətə çıxış imkanlarının genişləndirilməsi məsələsinə toxunan B.Muradova vurğulayıb ki, bu istiqamətdə görülən tədbirlər qadınların hüquqlarının tam reallaşdırılması, onların səlahiyyətləndirilməsi və gender bərabərliyinin təşviqi üçün mühüm əhəmiyyət daşıyır. Bu sahədə əldə olunan irəliləyiş isə Davamlı İnkişaf üzrə 2030 Gündəliyi çərçivəsində qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə də töhfə verir.

Çıxışda ailənin cəmiyyətin əsas və təməl institutu kimi rolu xüsusi qeyd olunub. Bildirilib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi sənədinə uyğun olaraq ailənin qorunması, möhkəmləndirilməsi və inkişafı qadınların hüquqlarının təmin edilməsində mühüm rol oynayır.

Komitə sədri, həmçinin qadın və qızların sosial-iqtisadi inkişafda bərabər iştirakını təmin etmək üçün zəruri şəraitin yaradılmasının vacibliyini vurğulayıb. Erkən və məcburi evliliklər, təhsil və məşğulluq imkanları, eləcə də xüsusilə kənd yerlərində yaşayan qadın və qızların reproduktiv sağlamlıq xidmətlərinə çıxışındakı maneələrin aradan qaldırılmasının əhəmiyyəti qeyd olunub.

Sonda komitə sədri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qadınların səlahiyyətləndirilməsi, gender bərabərliyinin təşviqi və insan təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığa sadiq qaldıqlarını vurğulayıb. Bildirib ki, bu yanaşma təşkilatın 2021-ci ildə qəbul edilmiş Türk Dünyası Vizyonu – 2040 sənədində də öz əksini tapıb.

Z.BƏŞİRQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Mart 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri