Icma.az
close
up
RU
“Bahar Sədası” Novruz Şənliyi Qala Qoruğunda Bahar Coşğusu!

“Bahar Sədası” Novruz Şənliyi Qala Qoruğunda Bahar Coşğusu!

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

18 mart 2025-ci il tarixində Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda möhtəşəm “Bahar Sədası” Novruz şənliyi keçirilib.  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbir baharın gəlişini qeyd edənlər üçün unudulmaz anlar yaşadıb.

Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, şəhid ailələri, qazilər və rayon ağsaqqalları iştirak edirdi.

Şənliyə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Bakı Şəhər Gənclər və İdman İdarəsi, peşə məktəbləri də qoşulmuşdu. Gün boyunca Peşə məktəblərinin nümayəndələri öz bacarıqlarını sərgilədi, sənətkarlar bazarında əl işləri təqdim olundu, açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksində dulusçuluq, xalçaçılıq, daşoyma kimi qədim sənət nümunələri nümayiş olundu. 

Qala qoruğunun meydançasında qurulmuş səhnədə tanınmış xalq artistlərinin rəngarəng musiqi nömrələri, rəqs qruplarının, nağara ansambllarının,qarmon ifaçılarının çıxışları könülləri oxşayıb.  

Qonaqlar üçün milli boyama dərsləri, taxıl pannosu, amulet və talisman hazırlanması, parçadan kuklalar, kətan üzərində rəsm çəkmə, kukla teatrı və kitab məclisi kimi maraqlı ustad dərsləri təşkil olundu. Hər kəs öz yaradıcılığını sınayaraq Novruzun ruhunu hiss etdi. Şənlik boyu qonaqlar milli şirniyyatların hazırlanmasını izləyib dadına baxır, ustaların məharətlə hazırladığı ləziz təamları nuş edir, musiqi və rəqs nömrələrindən zövq alırdılar. Meydanı bəzəyən tonqalların alovu, xalq oyunlarının şən səsləri və rəngarəng tədbirlər Novruzun əsl ruhunu yaşatdı. Baharın gəlişi hər kəsin çöhrəsindəki təbəssümdə, meydanı bürüyən xoş əhval-ruhiyyədə öz əksini tapdı.

Burada qonaqlar üçün milli boyama dərsləri, taxıl pannosu, amulet və talisman hazırlanması, parçadan kuklalar, kətan üzərində rəsm çəkmə, kukla teatrı və kitab məclisi kimi interaktiv ustad dərsləri təşkil olundu. Bundan başqa  milli şirniyyatların hazırlanmasını izləyərək, ustaların hazırladığı ləziz təamları dadaraq musiqi və rəqs nömrələrini izləmək, novruz ənənələrinin canlandırıldığı şənlikdə meydanı bəzəyən tonqallar, xalq oyunları və rəngarəng tədbirlər hər kəsə bayram sevincini yaşatdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri