Icma.az
close
up
RU
Qala Qoruğunda “Bahar Sədası” Novruz şənliyi təşkil edilib

Qala Qoruğunda “Bahar Sədası” Novruz şənliyi təşkil edilib

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Martın 18-də Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda möhtəşəm “Bahar Sədası” Novruz şənliyi keçirilib.

SİA xəbər verir ki, tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, şəhid ailələri, qazilər və rayon ağsaqqalları iştirak ediblər.

Şənliyə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Bakı Şəhər Gənclər və İdman İdarəsi, peşə məktəbləri də qoşulub. Gün boyunca peşə məktəblərinin nümayəndələri öz bacarıqlarını sərgiləyib, sənətkarlar bazarında əl işləri təqdim olunub, açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksində dulusçuluq, xalçaçılıq, daşoyma kimi qədim sənət nümunələri nümayiş olunub.

Qala Qoruğunun meydançasında qurulmuş səhnədə tanınmış xalq artistlərinin rəngarəng musiqi nömrələri, rəqs qruplarının, nağara ansambllarının, qarmon ifaçılarının çıxışları könülləri oxşayıb.

Qonaqlar üçün milli boyama dərsləri, taxıl pannosu, amulet və talisman hazırlanması, parçadan kuklalar, kətan üzərində rəsm çəkmə, kukla teatrı və kitab məclisi kimi maraqlı ustad dərsləri təşkil olunub. Hər kəs öz yaradıcılığını sınayaraq Novruzun ruhunu hiss edib. Şənlik boyu qonaqlar milli şirniyyatların hazırlanmasını izləyərək dadına baxıblar, musiqi və rəqs nömrələrindən zövq alıblar. Meydanı bəzəyən tonqalların alovu, xalq oyunlarının şən səsləri və rəngarəng tədbirlər Novruzun əsl ruhunu yaşadıb. Baharın gəlişi hər kəsin çöhrəsindəki təbəssümdə, meydanı bürüyən xoş əhvali-ruhiyyədə öz əksini tapıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Mart 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri