“Bakcell” “Peerstack Academy” tələbələri üçün komanda yarışı keçirdi Fotolar
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
“Bakcell” “Peerstack Academy” tələbələri üçün süni intellekt üzrə komanda yarışı keçirib.
“Qafqazinfo” xəbər verir ki, yarış çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar.
Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını real layihəyə çeviriblər.
İştirakçılar layihələr üzərində işləyərkən “Claude”, “Google Colab”, “Hugging Face”, “Ollama”, “Gradio” və “Streamlit” kimi ödənişsiz alətlərdən istifadə ediblər. Final mərhələsində komandalar hazırladıqları çatbotları təqdim edərək istifadə etdikləri üsul və texnologiyalar barədə məlumat veriblər.
Layihələr funksionallıq, düzgün sorğu hazırlama, məlumatlardan düzgün istifadə, kodun yoxlanılması, istifadəçi təcrübəsi və təqdimat meyarları əsasında qiymətləndirilib.
Yarışın sonunda fərqlənən iştirakçılar “Bakcell” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group“a daxildir.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 08 Sentyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















