Icma.az
close
up
RU
“Bakcell” “Peerstack Academy”nin innovasiya tərəfdaşıdır

“Bakcell” “Peerstack Academy”nin innovasiya tərəfdaşıdır

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

İnnovasiya lideri “Bakcell” 21-ci əsrin proqramlaşdırma akademiyası olan “Peerstack Academy” ilə strateji tərəfdaşlığa başlayıb.

Əməkdaşlıq çərçivəsində innovasiya və süni intellekt sahəsində potensial layihələrin icrası, real sənaye ehtiyaclarına uyğun proqramlaşdırma bacarıqlarının inkişafı və texnologiya sahəsində ixtisaslı kadrların yetişdirilməsi əsas istiqamətlər kimi müəyyən edilib.

“Peerstack Academy” layihəyönümlü və praktiki yanaşmaya əsaslanan proqramlaşdırma təlimləri təqdim edən müasir IT akademiyasıdır. Akademiyanın kampusu Azərbaycan Texniki Universitetinin binasında yerləşir. Tədris modeli real iş mühitinə uyğun bacarıqların formalaşdırılmasına və beynəlxalq standartlara cavab verən texnoloji mütəxəssislərin hazırlanmasına fokuslanır.

Hazırda “Peerstack Academy”də 100-dən çox aktiv tələbə təhsil alır. Tərəfdaşlıq çərçivəsində ilk il ərzində 250 tələbənin təqaüd proqramı ilə əhatə olunması nəzərdə tutulur.

Təlim çərçivəsində tələbələr “Ruby”, “JavaScript”, “React”, “PostgreSQL” və REST API kimi texnologiyalar üzrə praktiki təcrübə qazanır, proqramı uğurla tamamladıqdan sonra isə iki beynəlxalq akkreditasiyalı diplom və işlək tətbiqlərdən ibarət portfoliolarla məzun olurlar.

“Bakcell” və “Peerstack Academy” arasında qurulan bu əməkdaşlıq innovativ ideyaların real texnoloji həllərə çevrilməsi üçün yeni imkanlar yaratmaqla yanaşı, ölkədə texnologiya sahəsində insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Yanvar 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri