Icma.az
close
up
RU
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib FOTOLAR

“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib FOTOLAR

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnnovasiya və sürət lideri “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib.

Mia.az-ın məlumatına görə, tədbirə spiker qismində “Bakcell”in Marketinq direktoru Elxan Sadıqzadə, “PwC Azərbaycan”ın Məsləhət xidmətləri departamentinin rəhbəri Fərid Qattal və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiyalar üzrə rəhbəri Evgeniya Bikmurzina qatılıblar.

Müzakirələr “Bakcell”in Korporativ kommunikasiyalar və ictimaiyyətlə əlaqələr üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə baş tutub.

Tədbirin keçirilməsində məqsəd süni intellekt və innovativ texnologiyaların dayanıqlı inkişaf hədəflərinə çatmaqda oynadığı mühüm rolu, eləcə də yaşıl texnologiyalara keçidin ətraf mühit və iqtisadiyyat üçün yaratdığı perspektivləri müzakirə etmək olub. İştirakçılar qeyd ediblər ki, süni intellekt əsaslı yeni texnologiyalar resurslardan daha səmərəli istifadəyə, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə yeni yanaşmalar tətbiq etməyə imkan verir. Vurğulanıb ki, süni intellektin tətbiqinin genişlənməsi ekoloji və iqtisadi dayanıqlığı gücləndirərək daha yaşıl və dayanıqlı gələcəyin qurulmasına önəmli töhfə verəcək.

İnteraktiv formada təşkil olunan panel müzakirəsi sual-cavab sessiyası ilə davam edib.

Tədbir “Bakcell”in dayanıqlı inkişaf hədəflərinə çatmaq və yaşıl texnologiyalar vasitəsilə iqtisadi inkişafa töhfə vermək istiqamətində öhdəliyinə sadiqliyini göstərir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://mia.az
archiveBu xəbər 22 Noyabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see181

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see137

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see135

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see132

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see131

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see129

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see128

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see128

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see126

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see126

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see125

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see125

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see125

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see124

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see124

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see124

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see124

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see123

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see121

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri