Icma.az
close
up
RU
Bakı aeroportunda gömrük yoxlamaları: İnsanlar nədən narazıdır?

Bakı aeroportunda gömrük yoxlamaları: İnsanlar nədən narazıdır?

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Axar.az iqtisadçı ekspert Natiq Cəfərlinin “Teleqraf” İnformasiya Agentliyinə müsahibəsini təqdim edir:

- Bakı aeroportunda Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının ölkəyə gələn insanlarla nəzakətsiz rəftarı, kütləvi yoxlanışlar, bəzən çamadanlardan şəxsi əşyaların, çirkli paltarların yerə boşaldılması halları müşahidə olunur. İnsanlar çamadanlarının, əl baqajlarının yoxlanılmasından əlavə, üstlərində olan geyim, aksessuar və zinət əşyalarının yeni olub-olmaması ilə bağlı sorğu-sual edilmələrindən narazılıq edirlər. Sizcə, bu, nə qədər etik və qanunidir?

- Bakı aeroportuna gələn insan başqa hava limanında yoxlanışdan keçərək təyyarəyə minir. Yəni baqajlarda hansısa qeyri-qanuni əşyanın olması öncədən təsbit oluna bilər. Azərbaycanın Dövlət Gömrük Komitəsi ona istinad edə bilər ki, hər ölkədə qaydalar fərqlidir. Məsələn, indi vətəndaşlarımıza bir telefon gətirməyə icazə verilir. İkinci telefon artıq gömrük rüsumuna cəlb olunur. Amma hamını yoxlamaqdansa, yalnız şübhə yaradan insanların baqajları və əl çantaları yoxlanılsa, məncə, daha məntiqli olar. Dünyada da belə praktika var. Kimsə özünü şübhəli apararsa və ya əvvəllər adı hansısa siyahılarda olubsa, həmin şəxslərin yoxlanılması normaldır. Əslində müvafiq dövlət qurumlarında problemli insanlarla bağlı siyahı var. Onların ciddi yoxlanılmasını, çamadanlarının boşaldılmasını, üstlərində olan geyim və bahalı aksessuarların təzə olub-olmadığının soruşulmasını anlamaq olar. Amma bunu kütləviləşdirmək olmaz. Səlahiyyətlərdən sui-istifadə yolverilməzdir. Aeroporta gələn hər kəsə ucdantutma “şübhəli şəxs” kimi yanaşmaq olmaz.

- Əksər hallarda belə yoxlamaların nəticəsi olaraq gömrük işçilərinin “axtardıqları” tapılmır. Vətəndaş təhqir olunmuş, incidilmiş ovqatla aeroportu tərk edir. Belə vəziyyətdə vətəndaşın hüquqları nədən ibarətdir?

- Əgər aeroportda hansısa əməkdaş insanlara qarşı qeyri-etik, qeyri-qanuni hərəkətlər edirsə, buna qarşı tədbirlər görülməlidir. Vətəndaşın da ixtiyarı var ki, bununla bağlı foto-video görüntüləri qeydə alsın və əlaqədar orqanlara şikayət etsin.

- Sizcə, şikayətlərə obyektiv baxılacaqmı?

- Burada problem sırf inzibati qaydalarla bağlıdır. Əgər vətəndaş gömrük orqanlarından şikayət edirsə, həmin şikayət Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə göndərilir. Faktiki olaraq qurumun özündən özünə şikayət olunur. Bu da doğru yanaşma deyil. Ən azından burada korporativ maraqlar var. Gömrük işçiləri həmkar olaraq bir-birini dəstəkləyirlər. Beləliklə, bu cür şikayətlərin müsbət nəticəsi olmur.

- Bəs sizcə, çıxış yolu nədən ibarətdir?

- Burada tək şikayətlə deyil, vətəndaş məmnuniyyətini önə çəkməklə problemi həll etmək olar. Heç kim demir ki, aeroportda gömrük işçiləri və digər müvafiq orqanların əməkdaşları öz səlahiyyətlərini yerinə yetirməsin. Amma səlahiyyəti yerinə yetirərkən insanlara qarşı daha həssas, nəzakətli və mədəni davranmaq olar. Heç nə tapılmadıqda vətəndaşın vaxtının alındığına görə ondan üzr istəmək, nəzakətli davranış nümayiş etdirmək daha məqbuldur.

- Belə qurumlarda işləyən məmurlar hansı kriteryalarla işə götürülməlidir?

- Onlar ilk növbədə anlamalıdırlar ki, vətəndaşların ödədiyi vergi əsasında maaş alırlar. Ən azı vətəndaşın, yəni vergi ödəyicisinin qarşısında məsuliyyətlərinin olduğunu dərk etməlidirlər. Bunu dərk etsələr, belə hallar ortaya çıxmaz. Mən özüm də aeroportda bu cür halların şahidi olmuşam. Elə olub ki, qadını qucağında körpə uşağı ilə saxlayıb “əl baqajını yoxalayacayıq” deyə tələblər irəli sürüblər. Biz demirik ki, bu olmamalıdır. Amma bunu etməyin mədəni üsulları da var. Dövlət qurumlarının əməkdaşları insanları qıcıq edəcək davranışlardan, addımlardan çəkinməlidirlər.

Ətraflı

- Son vaxtlar hətta hava limanını tərk edərək dayanacağa qədər getmiş adamları çöldə dayanmış gömrük əməkdaşları tutub geri qaytarırlar ki, sizi yoxlamaq istəyirik...

- Bu, həmin qurumların əməkdaşlarının öz işlərini yarımçıq görmələrindən qaynaqlanır. İş vətəndaş məmnuniyyəti nəzərə alınmaqla, görülməlidir. Hansısa bir şübhə, əməliyyat məlumatı, bir insanın eyni reyslə tez-tez gedib-gəlməsi diqqət çəkə bilər. Amma bunun daxili qanunvericilik çərçivəsində yoxlanılması və həyata keçirilməsi də mümkündür.

- Necə düşünürsünüz, bu vəziyyət ölkəyə turist axınına mənfi təsir edə bilər?

- Sözsüz ki, hər bir ölkənin imici ora gedən-gələn insanların söylədikləri əsasında formalaşır. TV və internet məkanında yayılanlardan əlavə, ağızdan-ağıza ötürülən, dostdan-dosta deyilən fikirlər insanların psixologiyasına daha çox təsir edir. Bir ölkə haqqında bir insanın yaxın çevrəsinin dediyi söz onun yaddaşına həkk olunur.

Azərbaycanın turist ölkəsi olmasını, daha çox turist cəlb etməsini istəyiriksə, bu cür neqativ hallar birmənalı aradan qaldırılmalıdır. Çünki bu turist axınına mənfi təsir göstərir. Təbii ki, aeroport əməkdaşlarının kobud və qanundan kənar davranışları tez-tez təkararlanacaqsa, sistemli hal alacaqsa, bu, tədricən turist axınına təsir edəcək. Ona görə də problem indi təsbit edilib aradan qaldırılmalıdır.

- Bir maraqlı məqam: sosial şəbəkələr “buyer” səhifələri ilə doludur. Müştərilərə brend markaların məhsulları (mağaza çeki, etiket və s. üzərində olmaqla) təklif olunur. Və o mallar ölkəyə əsasən hava limanından daxil olur. Necə olur ki, həmin buyerlər və ya alverçilər rahat şəkildə öz baqajlarını aeroportdan çıxara bilirlər, amma sadə vətəndaşlar saxlanılır və onlarla xoşagəlməz formada rəftar edilir?

- Yəqin ki, burada hansısa koorporativ maraqlar var və bu, istisna olunmur. Bu, necə baş verir, təbii ki, dəqiq bilinmir. Amma bir daha deyirəm ki, bir nömrəli amil burada insan məmnuniyyətidir. İnsanla rəftar həmin qurumun və ölkənin imicinə təsir göstərən amillərdəndir.

- Bəs mövcud vəziyyəti düzəltmək üçün hansı tədbirlər görülə bilər? Müvafiq qanunlarda hansı yeniliklər, əlavə və düzəlişlər edilə bilər?

- Bu, məmurların davranışlarına aid məsələdir. Yaxşı olardı ki, onlarla treninqlər keçirsinlər. İnsanlarla ünsiyyət qurmaq bacarıqlarını təkmilləşdirmək üçün müəyyən mütəxəssislərdən təlimlər almaq olar. Hansısa məmurun davranışında nöqsan varsa, qarşısı alınmalı, müəyyən cəzalandırma mexanizmi olmalıdır. Bunu daxili audit vasitəsi ilə həyata keçirmək mümkündür və ayrıca qanunun və ya əsasnamənin qəbuluna ehtiyac yoxdur. Mövcud qanunvericilik kifayət qədər normaldır və beynəlxalq standartlara uyğundur. Sadəcə, Gömrük Komitəsindəki üst qurumlar bu məsələlərə ciddi nəzarət etməlidirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 May 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see123

Məşhur mağazalar şəbəkəsinin müdiri meneceri bıçaqladı

22 İyun 2025 18:26see117

Almaniya nəhəngi Liverpul un iki vingerini birdən almaq istəyir

22 İyun 2025 22:00see116

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib

22 İyun 2025 16:45see116

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see116

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see114

Bakıda toyda DAVA

22 İyun 2025 20:11see114

Polis niyə maşının arxa farasına toxunur? Bu hərəkət həyatı xilas edə bilər

22 İyun 2025 22:10see113

Bu bürcə XƏBƏRDARLIQ

22 İyun 2025 22:53see113

Netanyahu: İsrail İranda qarşısına qoyduğu hədəflərə çatmağa çox yaxındır

23 İyun 2025 00:18see113

Savadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! Ekspert

23 İyun 2025 08:25see113

ABŞ müdafiə naziri hücum təfərrüatlarını AÇIQLADI: 125 təyyarə ilə...

22 İyun 2025 16:46see112

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see112

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir BAEA rəhbəri

23 İyun 2025 01:12see111

Roma Papası dünya liderlərinə çağırış etdi: Müharibəni dayandırın

22 İyun 2025 17:43see111

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see111

ABŞ qoşunlarına zərbə endirilməsi ehtimalı var NYT

23 İyun 2025 09:31see111

Tramp öz xaqını aldatdı

23 İyun 2025 07:36see111

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see111

Daha tez xarab olurlar: 3 çox etibarsız avtomobil

22 İyun 2025 20:11see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri