Ermənistanda insanlar hökumətin siyasətindən narazıdır Sorğu
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Ermənistanda aparılan sorğunun nəticələrinə görə, respondentlərin böyük əksəriyyəti Ermənistan hökumətinin müxtəlif sahələrdə həyata keçirdiyi siyasəti mənfi dəyərləndirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə dekabrın 24-də jurnalistlərlə görüşdə “Birlikdə” ictimai-siyasi hərəkatının üzvü Aram Sarkisyan məlumat verib.
Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 75,8 faizi Ermənistan hökumətinin xarici siyasətini “son dərəcə mənfi” qiymətləndirib. Respondentlərin 9,8 faizi bu siyasəti “qismən mənfi”, 1,2 faizi “çox müsbət”, 7,4 faizi “qismən müsbət” hesab edib, 5,7 faizi isə qərar vermədiyini bildirib.
İctimai təhlükəsizlik və hüquq-mühafizə sistemi ilə bağlı sualda da mənfi rəylər üstünlük təşkil edib. Belə ki, iştirakçıların 71,7 faizi bu sahəni “son dərəcə mənfi”, 15,2 faizi “qismən mənfi” qiymətləndirib. Cəmi 0,8 faiz sistemi “çox müsbət”, 8,6 faiz “qismən müsbət” dəyərləndirib, 3,7 faiz isə qərarsız qalıb.
Səhiyyə, sosial məsələlər, təhsil və elm sahələrində də oxşar mənzərə müşahidə olunub. Respondentlərin 60,2 faizi bu sahələrdə vəziyyəti “son dərəcə mənfi”, 24,6 faizi “qismən mənfi” qiymətləndirib. 2,5 faiz “çox müsbət”, 9,8 faiz “qismən müsbət” cavabı verib, 2,9 faiz isə mövqeyini bildirməyib.
İqtisadiyyat və maliyyə sahəsində aparılan siyasət də əhali tərəfindən əsasən tənqid edilib. Sorğuya əsasən, 62,3 faiz bu sahəni “son dərəcə mənfi”, 20,5 faiz “qismən mənfi” qiymətləndirib. 1,2 faiz “çox müsbət”, 8,6 faiz “qismən müsbət” cavabı verib, 7,4 faiz isə qərarsız qalıb.
Aram Sarkisyan bildirib ki, bu rəqəmlər hökumətə də məlumdur: “Əminəm ki, Nazirlər Kabinetində də bu göstəricilər var və hazırkı Baş nazirin və onun bütün komandasının isterik davranışının səbəbi də məhz budur”.
Qeyd olunub ki, sorğu 1–10 dekabr tarixlərində keçirilib və 500 nəfər respondent iştirak edib.
Bu mövzuda digər xəbərlər:Ermənistanda sorğu: sülhə hazırsınızmı? İnanılmaz nəticə
05 Sentyabr 2025 16:27
Ermənistanda sorğu: Paşinyanın reytinqi 12 faizdir
18 Sentyabr 2025 17:52
Ermənistanda sorğu: Əhalinin neçə faizi Paşinyandan razıdır?
05 Noyabr 2024 17:01
Amerikalılar Trampdan narazıdır SORĞU
09 Aprel 2025 12:01
Ermənistanda insanlar təhsilə maraq göstərmir Paşinyan
23 Aprel 2025 14:27
Baxış sayı:96
Bu xəbər 24 Dekabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















