Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksi tikiləcək 26 milyona
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksinin tikintisinə sərf olunacaq vəsaitin həcmi məlum olub.
Axar.az xəbər verir ki, bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hazırlıq işlərini yekunlaşdırıb.
Nazirlik sözügedən işlərin icrasını “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksinin tikintisi nazirliyə 25,8 milyon manata başa gələcək.
Qeyd edək ki, sözügedən kompleksin tikintisinin icrası həvalə olunan “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 28 Dekabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















