Icma.az
close
up
RU
Bakı Ankara ilə birlikdə Suriyanın yanında olduğunu ifadə edir Deputat yazır

Bakı Ankara ilə birlikdə Suriyanın yanında olduğunu ifadə edir Deputat yazır

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkədə yeni tarixi dövrün əsası qoyulub. Artıq Suriyada dinc həyat və sabitlik, əmin-amanlıq dövrü başlayır, ölkənin xarici dövlətlərlə siyasi-iqtisadi, humanitar münasibətləri yenidən qurulur, ölkənin qlobal dünyaya açılımı və dərin inteqrasiyası istiqamətində iradəli islahatlara start verilib, regional nəqliyyat qapıları xarici partnyorların üzünə açılmaqdadır.

Dəməşq aeroportunun beynəlxalq uçuşlara istifadəyə verilməsi, sərhəd xətlərində nizamlı keçid nəzarətinin qurulması, tranzit və kommunkiasiyaların bərpası və digər amillər Suriyada dayanıqlı siyasi-sosial, ictimai mühitin bərqərar olduğunu təsdiqləyir. Bu regionda baş verən müsbət proseslər Yaxın və Orta Şərqdə də geosiyasi vəziyyətin dəyişməsinə səbəb olmaqdadır.

2025-cu il Suriya üçün suverenlik, ərazi bütövlüyü, sabitlik, yeni dövlət quruculuğu və bərpa kimi mühüm tarixi mərhələnin başlanğıcıdır. Ölkənin bu taleyüklü dövründə, yeni ictimai-siyasi münasibətlər sisteminin formalaşmasında və regional əməkdaşlıq infrastrukturlarının qurulmasında əsas siyasi güc və aktorlardan biri kimi Türkiyənin rolu və fəaliyyəti bariz şəkildə sezilməkdədir. Türkiyə Suriyada Əsəd rejiminə qarşı xalqın azadlıq mücadiləsi başlayan ilk gündən prosesləri dərindən izləyərək müxtəlif dövlətlərin bölgəyə gətirdiyi terrorçu qruplaşmaların ölkənin vahidliyini və bütövlüyünü pozmaq cəhdlərinə qətiyyətlə mane olub, bölgədə etnik separatçı güclərin milli dövlət planlarının qarşısını alıb. Bir neçə il əvvəl vətənpərvər suriyalıların mübarizəsindən sui-istifadə edərək ölkənin milli suverenliyini pozmaq təxribatları da məhz Ankaranın müdaxiləsi ilə pozulub. Hətta 2019-cu ildə Suriyanın şimalında muxtariyyət elan edən Rojavadakı silahlı qüvvələrin və onları dəstəkləyən terrorçuların Suriyanı parçalamaq planları işə düşəndə qardaş ölkə “Sülh Çeşməsi” hərəkatı həyata keçirərək Azad Suriya Ordusu ilə birgə bu xain cəhdləri əngəlləyib.

Rəsmi Ankara yürütdüyü regional əzmkarlığı və geridönməz mövqeyi ilə öz cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox edib, eyni zamanda, Suriyanın bir neçə yerə bölünməsinin qarşısını alıb. Nəhayət, 2024-cü ilin sonlarında Azad Suriya Ordusunun ölkənin müqəddəratını çiyinlərinə götürərək apardığı iradəli milli mücadilədə Türkiyənin hərtərəfli siyasi dəstəyi milli ideyanın gerçəkləşməsində fundamental rol oynadı. Demokratik qüvvələrdən ibarət milli keçid hökumətinin qurulması işində Ankaranın bilavasitə təsieretmə imkanları diqqətdən qaçmadı.

Türkiyə bu bölgəni yenidən qan və terror meydanına çevirmək istəyən güclərə layiqli cavabını verərək sarsılmaz siyasi xəttini daha da irəlilədir və hazırda Suriyada sülh və barış missiyasını öz axıcı müsbət məcrasında davam etdirir.

Sözsüz ki, Suriyada Qərbin öz siyasi təsir imkanlarını möhkəmlənləndirmək üçün yeni hökumətlə dialoqlar aparacağı da istisna deyil. ABŞ və Avropa Birliyinin üstün mövqe qazanmaq üçün müxtəlif ictimai-siyasi qüvvələrlə əməkdaşlıq edəcəyi, hətta Türkiyənin güclənməməsi üçün anti-türk qüvvələrə dəstəklər verəcəyi də gözləniləndir. Qərb İraqda olduğu kimi etnik qrupların siyasi mövcudluğunu, dövlətin tərkibində legitim strukturunun yaradılması üçün də saysız cəhdlər edir. Məsələn, kürd muxtariyyətinin yaradılması, digər etniklərin siyasi hakimiyyətdə ön plana çıxarılması və s. təşəbbüslər gizli deyil. Bu baxımdan, Türkiyə kənar güclərin bu gizli oyunlarına qarşı çox açıq və sərrast hərəkət etməkdədir. MHP lideri Dövlət Baxçalının və Prezident Ərdoğanın təşəbbüsü ilə başladılan “kürd açılımı” prosesi də məhz Suriyada xarici emissarların kürd administrasiyası yaratmaq planlarının qarşısını almağa hesablanıb.

Ancaq bütün bunlara baxmayaraq, Yaxın və Orta Şərqin incəliklərini yaxşı bilən Türkiyənin mükəmməl siyasi diplomatiyası, Prezident  Rəcəb Tayyib Ərdoğanın bölgədə nüfuz və xarizması sayəsində Suriyada Ankaraya daha yaxın siyasi fraqmentasiya formalaşacağına şübhə yoxdur. Prezident Ərdoğanın keçid hökumətinin rəhbərliyi ilə səmərəli danışıqları, Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) sədri İbrahim Kalın, xarici işlər naziri Hakan Fidanın Dəməşqə səfərləri və müntəzəm davam edən məsləhətləşmələr iki ölkə arasında yaxın təmasların qurulmasını daha da möhkəmləndirməkdədir. Ankara hökuməti Suriyada yeni rifah və gələcək, sabit dövlət quruculuğunda, qaçqın probleminin həllində, nəqliyyat, kommunikasiya, sosial və şəhər infrastrukturlarının quruculuğunda aktiv iştirak etməkdədir və bu prosesdə ən yaxın strateji müttəfiqi Qətəri də fəal quruculuğa yönləndirməkdədir.

Türkiyənin, eyni zamanda, Suriya ordusunun terrorçu qruplardan və müxtəlif ölkələrin dini təriqətlərinə aid silahlı birləşmələrdən təmizlənməsində və müasir vahid ordu quruculuğunda da fəal iştirak edəcəyi istisna deyil. Eyni zamanda, Türkiyə və ABŞ koordinasiyalı siyasət aparmaqla Suriyada daha tez və genişmiqyaslı qurucluğu təmin edə bilər. Bu baxımdan yanvarın 20-dən sonra ABŞ-ın yeni administrasiyasının Suriya ilə bağlı mövqeni ortaya qoyması bölgədə ciddi dəyişikliklərə səbəb ola bilər.

Rusiyaya gəlincə, Moskva artıq Suriyadakı hərbi və siyasi mövcudluğunu itirməkdədir, hətta rus hərbi bazalarının da ləğvi istisna olunmur. Əsəd rejiminin devrilməsindən sonra ölkədə Rusiya hərbiyyəsinin mövcudluğu siyasi-hərbi məntiqlə artıq mümkün görünmür.

Əlbəttə, Türkiyənin yürütdüyü sülh hərəkatı və yeni geosiyasi platformanı dəstəkləyən Azərbaycan da  baş verən proqressiv proqramda yer almaqdadır. Cənab Prezident İlham Əliyevin ötən il dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edərək Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələləri, o cümlədən Suriyada yaranmış yeni vəziyyət müzakirə etməsi, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bildirməsi bölgədəki sülh və həmrəylik arxitekturasına mütərəqqi baxış və yanaşmanın nümunəsidir. Milli dövlət quruculuğunda Suriya xalqına təbriklərini çatdıran Azərbaycanın dövlət başçısı Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək qardaş ölkə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu xatırlatdı.

Bunun ardınca dekabrın 24-də Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım edildi, 10 yük avtomobilindən ibarət yardım karvanında ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları İdlib şəhərinə çatdırıldı. Azərbaycan bu missiyasını davam etdirəcəyini bəyan edib və bu, rəsmi Bakının Suriyanın yeni quruculuq salnaməsində yer almaq niyyətini göstərir. Dekabrın 29-da Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşü də Azərbaycanın yeni mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğunu ifadə edir. Yanvarın 7-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də bu məsələyə dair mövqeyini bir daha səsləndirib.

Mövcud ssenarilər bir daha təsdiqləyir ki, Azərbaycan və Türkiyənin regiondakı sülh, barış, xalqların suverenlik qətiyyəti ilə qurduğu milli hökumət məsələlərində mövqeləri tamamilə üst-üstə düşür, hər iki ölkə vahid və azad Suriyanın bərpa-quruculuq, humanitar inkişaf proqramlarına köməyini əsirgəməyəcək. Azərbaycan və Türkiyə, bütün regional inkişaf təşəbbüslərində lider olduqları kimi Suriyadakı rifah layihələrində də birgə fəaliyyət göstərəcək.

Millət vəkili Samir Vəliyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri