Ankara Suriyanın hərbi potensialının inkişafına yardım edəcək
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Suriya Silahlı Qüvvələrinin döyüş qabiliyyətini gücləndirmək üçün fəaliyyət planı hazırlanmasına yardım edəcək.
“Report” xəbər verir ki, bu barədə “Hürriyet” Türkiyə Milli Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndələrinə istinadən məlumat yayıb.
“Suriyanın yeni hökumətinin tələblərinə uyğun olaraq, biz birgə iş planı hazırlayacağıq. Suriya Ordusunun imkanlarını artırmaq üçün konkret addımlar atacağıq”, - qurumun nümayəndələri bildiriblər.
“Hürriyet” xatırladıb ki, bu həftə Suriyanın keçid dövründəki Prezidenti Əhməd əl-Şaraa Ankaraya səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Əl-Şaraa digər məsələlərlə yanaşı, Suriya ərazisində təhlükəsizliyin təmin edilməsini də müzakirə ediblər.
Baxış sayı:73
Bu xəbər 06 Fevral 2025 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















