Icma.az
close
up
RU
Bakı Ankara İslamabadın yeni dünya düzənində bu güclərə qarşı çıxmaları... RƏY

Bakı Ankara İslamabadın yeni dünya düzənində bu güclərə qarşı çıxmaları... RƏY

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Avropa ilə Asiyanın kəsişdiyi coğrafiyada Şərqi Zəngəzur bölgəsində Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünün baş tutması çox ciddi geosiyasi əhəmiyyət kəsb edir. Bu Zirvə toplantısı zamanın sınağından uğurla çıxan qardaş ölkələrin liderlərinin görüşü idi. Artıq bu üç qardaş ölkənin belə bir formatda görüşləri ənənə halını almaqdadır. Bu üç ölkənin lideri bir il əvvəl Astanada bir araya gəlmişdi. İndi isə Azərbaycanın füsunkar şəhərində - Laçında üçtərəfli tərəfdaşlığın daha yüksək səviyyəyə qaldırılması və birgə əməkdaşlığın yolları müzakirə olundu. Hər üç qardaş ölkənin lideri ölkələr arasında münasibətlərin ən yüksək səviyyə qaldırılmasında maraqlı olduqlarını və qarşıdakı mərhələdə bu istiqamətdə daha aktiv fəaliyyət göstərəcəklərini bir daha bəyan etdilər. Azərbaycan,Türkiyə və Pakistan arasında əlaqələrin inkişafı xalqlarımızın mənafeyinə xidmət etməklə yanaşı, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək. Bir sözlə, bu möhtəşəm birlik dünyaya sülh və ədalət vəd edir”.

Bunu Ölkə.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.

Deputat əlavə edib ki, bunun üçün hər üçn ölkənin liderlərinin siyasi iradəsi ortadadır, xalqlarımızın həmrəyliyi isə ən yüksək səviyyədədir: “İqtisadi potensialı, yeni düzənin formalaşmasında yerləşdiyi coğrafiyanın yaratdığı fürsətləri də bura əlavə etsək, o zaman Bakı-Ankara-İslamabad xəttinin yeni dünya düzəni uğrunda gedən mübarizədə geosiyasi proseslərə ciddi təsir etməklə qlobal probmlərin həllinə öz töhfələrini verə bilərlər. Bakı-Ankara-İslamabad üçlüyü yeni dünya düzənin formalaşmasında zərərli rol oynayaraq qlobal sülhə, təhlükəsizlik arxitekturasına zərbə vuran güclərə qarşı çıxmalarını bəyan etməklə dünyada sülhün və ədalətin bərqərar olmasına çalışırlar. 

Laçında keçirilən Zirvə görüşündə hər üç lider beynəlxalq aləmə verdikləri mesajların mahiyyəti dünyada qütbləşmənin dərinləşdiyi, qarşıdurmaların daha da şiddətləndiyi bir dövrdə böhranın daha da dərinləşməsinin qarşısını almaqla sülh və ədalətin təmin olunmasından ibarət idi. 
Əminəm ki, Laçında üçtərəfli tərəfdaşlığımız xalqlarımızın istəyinə uyğun olaraq siyasi, iqtisadi, hərbi, texnoloji, humanitar  və digər sahələrdə inkişaf edərək yeni səviyyəyə qalxacaq. Bu da nəticədə dünyada rifah halının, sülhün, ədalətin təmin olunmasına xidmət edəcək”. 

Deputat onu da əlavə edib ki, Laçın Zirvə görüşü dünya miqyasında yeni reallıqlar yaradılması istiqamətində atılan növbəti mərhələdir. “Hesab edirəm ki, Laçın Zirvə görüşündən verilən mesajlar cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, lazımi ünvanlara çatacaq və onlar da bundan nəticlərini çıxaracaqlar”. 

Mürtəza
Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 May 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri